Andreyin mənəvi təravəti
Mьəllif: admin1
Tarix: 20-08-2017, 10:53
Andreyin mənəvi təravəti
Andrey bu gün çox xoşbəxt idi. Öz ana dilində “Muminun” surəsinin ilk ayələrinin təfsirini dinləmişdi. O, artıq bir müddət idi ki, İslam dinini qəbul etmişdir. Bu gün gözlənilmədən xütbədə öz ana dilində həyati əhəmiyyətli mövzularla tanış olmuşdu. Sən demə, möminlər artıq fəlaha çatmışdılar. Mömin sözünün mənasını o, artıq yaxşı mənimsəmişdi.

Bir gün Kərbəlayi Eldara sual verəndə ki, niyə bütün namaz qılanlar yaxşı işlər görmür? Kərbəlayi Eldar cavab vermişdi ki, biri var müsəlman, bir də var mömin. Mömin müsəlmandan fərqli olaraq, İslamı təkcə qəbul etməyib. O, həm də İslamı həyatında yaşadır.

Andrey üçün bu çox doğma idi. Çox yaxın idi. O, İslama mömin olmaq üçün gəlmişdir. O, Həzrət Həmzəni çox sevirdi. İlk dəfə onu filmdə görəndə, heyrətə gəlmişdi. Sonra ilk dəfə əzadarlığa gedəndə, Tasua günündə Həzrət Abbasın (ə) adını eşitmişdi. O, bilmirdi ki, Əbülfəzl Abbas kimdir və nə edib, amma insanların onun adı gələndə səmimi kövrəlməsi ona çox təsir etmişdir.

Andrey hətta bilmirdi ki, adını Andrey-Həmzə qoysun, ya Andrey-Abbas. O, evə qayıdanda, dostu İlkindən soruşmuşdu ki, Əbülfəzl Abbas kimdir? Dostu isə qısa cavab vermişdir ki, Kərbəlada su dalınca gedən bir igiddir. O, düşmənləri dəf edib, su tapmışdı, yığmışdı. Amma özü içməmişdi. Tələsirdi ki, körpələrə gətirsin və onlar təşnə olarkən, özü içməsini qıymamışdı. Qayıdarkən, hucuma məruz qalır və çoxsaylı düşmənlərlə döyüşüb, şəhid olur. O, bir İslam Cəngavəridir.
Andrey cəngavərləri çox sevirdi. Bu səbəbdən də, Həzrət Həmzə və Həzrət Abbas ona çox təsir etmişdi.

Möminlər fəlaha çatacaq. Xilasa, səadətə, qurtulaşa çatacaq. Bu sözləri öz-özündə düşünən Andrey, birdən ayıldı. Yox-yox. Xütbədə deyildi ki, daha doğru tərcümə budur ki, artıq fəlaha çatıblar. Özü də hər iki dünyada. Yəni, mən Andrey mömin ola bilsəm, artıq bu dünyada belə, uğura çatmış oluram.

Mömin olmaq... Andrey bunu necə də istəyirdi!

Mömin olmaq, yəni namazları ürəklə və vaxtında qılmaq. Qonşunun zibilini atmaq. Qoca nənələrə səhər-səhər isti çörək alıb aparmaq. Təbəssüm etmək. Qəlb qırmamaq. Mübahisədən uzaq olmaq. Həyat yoldaşına sevgi dolu müraciət etmək. Qonaqpərvər olmaq.
Andrey, bütün bu dünyanı öz ana dilində səslənən xütbədə eşidəndə, ürəyi özünə yer tapmırdı. Ali ruhiyyə onu bürümüşdü.

***
Dinə yeni gəlmiş Andrey, İslamı yaşamaq istəyir. Eynilə hər birimiz namaza yeni başlayanda olduğumuz kimi.
Allahım, hamımıza davamlı mənəvi təravət halını və ali ruhiyyəni nəsib et.

Hacı İlqar İbrahimoğlu
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031