Bu adamlara cəhənnəm odu yaxın düşə bilməyəcək
Mьəllif: admin1
Tarix: 18-08-2017, 21:13
Bu adamlara cəhənnəm odu yaxın düşə bilməyəcək
Bəzi hədislərimizə görə, bir çox kateqoriya insanların bədəni cəhənnəmə haram olacaqdır. Yəni, onlar cəhənnəm odunda yanmayacaqlar. O cümlədən:
1. Allah qorxusundan ağlayan gözlər.
2. O kəslər ki, qəzəblərini və şəhvətlərini kontrol edərlər.
3. O kəslər ki, Əhli-Beyt (ə) yad ediləndə ağlayarlar.
4. Peyğəmbəri (s) sevənlər və dostları.
5. İmam Rzanı (ə) ziyarət edənlər.
6. “Zumər” surəsini oxuyanlar.
7. Hər gün Təsbihati-ərbəəni oxuyanlar.
8. Elm dalınca olanla görüşənlər.
9. Kənara atılmış yemək qırıqlarını yeyənlər.
10. Məsciddə xidmət edənlər.
11. O kəs ki, Rəcəb ayının yeddi gününü oruc tutar.
12. Şəban ayında sədəqə verənlər.
13. Ramazan ayında “Cövşən-kəbir” duasını oxuyanlar.
14. Zöhr namazını əvvəl vaxtda qılanlar.
15. Xüftən namazının camaat namazında iştirak edənlər.
16. Cümə namazına gedənlər.
17. Bazar gününün gecəsində dörd rükət namazı qılanlar. Qılınma qaydası belədir: iki rükət-iki rükət qılınır. Hər rükətdə “Həmd”dən (“Fatihə”dən) sonra 50 dəfə “Tövhid” surəsi oxunur.
Allah Təbarəkə və Təala bizlərə bu durumları qismət eləsin.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930