Allah Təala əqidədə kor-koranə təqlidçiliyi qəbul etmir
Mьəllif: admin1
Tarix: 18-08-2017, 21:06
Allah Təala əqidədə kor-koranə təqlidçiliyi qəbul etmir
Quranın çox sayda ayəsi insanı təfəkkür və düşünməyə dəvət edir və onu müstəhəb ibadətdən üstün hesab edir. Din alimləri bu fikirdədirlər ki, insan gərək dinin üsulu mövzularında araşdırmalar aparsın və onun haqqında təfəkkür etsin.
Dini üsul Allahı tanımağın əsasını təşkil etdiyi üçün insan gərək təfəkkür və düşüncə sayəsində bu maarifi əldə etməyə çalışsın. Allah Təala ona görə insanı təfəkkürə dəvət edir ki, kor-koranə təqlid etməkdən çəkinsin.
Allah Təbarəkə və Təala kor-koranə təqlid edən müşriklərə xitab edərək buyurur: “(Müşrik və kafirlərə) «Allahın nazil etdiyinə tabe olun» deyildikdə, onlar «(xeyr,) əksinə, biz atalarımızın getdiyi yola tabe oluruq» deyərlər. Görəsən ataları hətta bir şey anlamayıb, (düz yola) hidayət olunmamış olsalar belə (onlar yenə atalarının yoluna tabe olacaqlar)?!”. (“Bəqərə” 170).
Allah Təala başqa ayəsində buyurur: “(Etiqad, danışıq və əməldə) bilmədiyin şeyin arxasınca getmə”. (“İsra” 36).
“Həqiqətən Allah yanında, tərpənən canlıların ən pisi – düşünməyən (haqqı eşitməkdə) kar və (haqqı deməkdə) lal (olan) insanlardır”. (Ənfal” 22).
İslam Peyğəmbəri (s) buyurur: “Elə bir insan yoxdur ki, evinin qapısında iki mələk dayanmasın, nə zaman evindən xaric olsa ona deyər: “Ya alim ol, ya elm axtaran. Üçüncü şəxs olma””.
Ona görə də müsəlman gərək əqidə mövzularında kor-koranə qəbul etməsin, onun haqqında düşünsün və təfəkkür etsin. Əqli mövzularda təqlid etmək olmaz.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930