HƏCC İSLAMIN DAVAMLILIĞINA ZAMİNDİR
Mьəllif: admin1
Tarix: 15-08-2017, 11:54
HƏCC İSLAMIN DAVAMLILIĞINA ZAMİNDİR
Əgər bir şəxs iddia etsə ki, həcc olmasaydı müsəlman qalmazdı, nahaq danışmır. Əgər həcc olmasaydı, imam Hüseynin (ə) qanı da hədərə gedərdi. Hər il dünyanın ən ucqar nöqtələrindən axışıb həcdə əzəmətli toplum yaradan müsəlmanlar bir-birləri ilə tanış olur, bir-birlərinin dərdlərindən xəbər tutur və bu toplumda bir sıra gizli dərdlər açıqlanır.
İmam Baqir (ə) vəsiyyət edir ki, onun vəfatından sonra on il minada əzadarlıq keçirilsin. Mümkündürmü ki, misilsiz fəzilət və kamilliklərə malik məsum bir şəxs özü üçün əzadarlıq mərasimləri umacağında olsun? Görəsən imamın nəzərində bundan da dəyərli bir iş yox idimi? Axı on il ardıcıl minada toplaşıb əzadarlıq keçirməyin mənası nədir?
Bu sualın cavabı bizim nəzərdə tutduğumuz nöqtələrlə əlaqəlidir. Allah övliyaları və uzaqgörən insanların baxışı bizim baxışlarımızdan fərqlənir. İmam Baqir (ə) bilirdi ki, hər il dünyanın uzaq nöqtələrindən bu mərasimdə iştirak üçün şiələrin minaya gəlişi məzhəbi gücləndirəcək. İmam Baqirə (ə) fərd kimi baxmaq olmaz. İmam bir cərəyan, bir məktəb, bir təfəkkür tərzidir. İmam Baqir (ə) məzhəb rəhbəri idi. Onun adının xatırlanması əslində məktəbin xatırlanmasıdır. Demək, imamın vəsiyyət etdiyi əzadarlıq sadəcə bir şəxsin əzadarlığı deyildi. Məqsəd məzhəbi təfəkkürlərin dünyaya yayılması idi. Amma düşmənlərin məzhəb toplantısına həssas yanaşmaması üçün imam bu mərasimlərdə rövzə oxunmasını vəsiyyət edir. Bütün dövrlərdə insanların öz dünyadan gedənləri üçün əzadarlıq edib rövzə oxutdurması adi bir haldır. İmam Baqir (ə) də Bəni-Haşimin böyüklərindən idi. Məsələ zahirən belə görünürdü ki, Bəni-Haşim Minada toplanıb öz əzizi üçün əzadarlıq mərasimi keçirir. Amma həqiqət budur ki, məzhəbin təbliği üçün bu ən yaxşı yoldur. Növbəti illərdə insanlar Minaya gəldikdə bir qrup insanın əzadarlıq etdiyini görür. Axı əzadarlıq Minadakı əməllərdən deyil? Bəs bu insanlar hansı münasibətlə bir araya gəlib? İstər-istəməz zehnə gəlir ki, bu əzadarlıq mühüm bir şəxslə bağlıdır. Onun kimliyi soruşulur. Bildirilir ki, şiələrin imamıdır. Şiələrin kimliyi barədə soruşulur. Cavab verilir ki, onlar peyğəmbərin canişin etdiyi kəsin ardıcıllarıdır. Bu yolla minada imam Baqir (ə) üçün saxlanılmış əzadarlıq Əhli-beyti (ə) tanıtdırır, insanlar öyrənirlər ki, onlar vilayət məktəbi, hidayət məşəlinin qoruyucularıdır.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930