Əncir - behişt meyvəsidir
Mьəllif: admin1
Tarix: 14-07-2022, 09:27
Əncir - behişt meyvəsidir
Əncir çox faydalı və ləzzətli meyvələrdəndir. Əgər uzun müddət halsız və yorğunsunuzsa, enerji əldə etmək üçün əncir yeyin. Bu şirin meyvənin tərkibində çox sayda vitaminlər vardır.

Bu meyvənin tərkibində A,B,C vitaminləri, protein, kalsium, dəmir vardır.

Əncir və vitaminlər.

Əgər bədəninizdəki B vitaminini artırmaq istəyirsinizsə, əncirin sorağına gedin. Əncirin tərkibində həmçinin P vitamini vardır ki, kapilyarların sağlam olması üçün zəruridir.

Bundan başqa, A və B vitamini qan damarları üçün çox faydalıdır. Bu meyvə xəstə insanlar üçün də faydalıdır və insanın ruhiyyəsini və cismini gücləndirər.

Əncirin tərkibində C vitamini vardır. Bu vitamin qocalıqla mübarizə aparar və sikiqovucudur. Bu meyvənin tərkibində olan kalium sağlamlığınızın keşiyində dayanar.

Əncir həzm sisteminizə yardım edər və qəbizliyi aradan aparar. Ona görə də yetişmiş əncirlərdən meyl edin. Əgər arıq qalmaq istəyirsinizsə bilin ki, əncirin tərkibində yağ yoxdur. Bundan baqşa bu meyvəni tərkibində su çoxdur, ona görə də sizin gözəl qalmağınıza yardım edə bilər.

Əncirin tərkibində olan dəmir qırmızı qan hüceyrələri yaradar və oksigeni damarlara ötürər. Bundan başqa, bu meyvənin tərkibində kalsium, fosfor, maqnezium vardır. Bunlar bədəninizin sağlamlığı üçün zəruridir. Sümüklərin möhkəmliyini artırar. Uşaqların əzələlərini gücləndirər.

Bir ədəd əncirin tərkibində 25 kalori vardır. Ona görə də arıqlamaq istəyənlər üçün əncir ən yaxşı desertdir.

Əncir ürəyi müalicə edər.

Əncirin təzə yarpaqlarını yuyun və qurudun. Qurumuş yarpaqlarını bir stəkan su ilə bir yerdə 2-3 dəqiqə qaynadın. Ona bir qədər şəkər əlavə edin. Yatmamışdan əvvəl onu için.

Əncir ziyili aradan aparar.

Əncirin təzə yarpaqlarını əzin və suyunu çıxardın. Sonra onu ziyilin üstündə 20 dəqiqə saxlayın. Bu işi ziyil gedənə qədər hər gün təkrar edin.

Həmçinin barmaqlarda olan şişkinliyi aradan aparmaq üçün bir ədəd qurumuş ənciri bir qədər süddə qaynadın, sonra onu soyudun. Hər gün ondan barmaqlarınıza sürtün.

Əgər diabet xəstəliyiniz yoxdursa, bu behişt meyvəsinə çox meyl edin.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930