Əməlin xalisliyi- İbrətamiz əhvalat
Mьəllif: admin1
Tarix: 12-08-2017, 22:25

 İnsan ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa! (Əsr-2-3).

 

 

Qurani Kərimin buyurduğu kimi insan ziyan içindədir. Amma iman edib, yaxşı əməl sahiblərindən başqa. Yaxşı əməl təklikdə insanı ziyandan qurtarmaq üçün kifayət etmir. Qurtuluş və yüksəliş (mənəvi) üçün insanda əməllə bərabər iman, xalis niyyət olmalıdır. Xalis niyyət dedikdə görülən əməlin arxasında sırf Allah rizasından savayı ikinci niyyət durmasın. Əgər ikinci niyyət araya girərsə niyyətə riya və mənfəət qarışmış olur. Bu da əməlin xalisliyinə və dəyərinə xələl gətirər.

Deyirlər ki. bir gün mərhum Haci Səbzəvari bir xəstənin ziyarətinə gedir. Onun yanında bir neçə nəfər də yaxınlarından olur. Hacı xəstənin evinin qapsına çatana yaxın fikrindən vaz keçir və geri döhür. Təəccüblənən yaxınları heyrətlə Hacıdan bunun səbəbini soruşurlar: 

Hacı nə oldu ki, qəfil fikirinizi dəyişib geri döndünüz?

Mərhum Hacı Səbzəvari cavab verir: Birdən qəlbimdən keçdiki, xəstə məni görən kimi, gəldiyimə görə sevinib məndən xoşu gələcək. Deyəcək ki, böyük şəxsiyyət olan Səbzəvari mənim ziyarətimə gəlib. Mən geri dönürəm nə vaxt həqiqi ixlas tapsam o zaman gələcəm. Gərək xəstəni sırf Allaha xatir ziyarət edəm.


(İslaminSesi.info - Y.Nuriyev)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930