Bərzəx aləminin dörd əhli
Mьəllif: admin1
Tarix: 12-08-2017, 22:22

Bərzəx aləminin dörd əhli

 Əllamə Məclisi "Həqqul-yəqin” kitabında bəzi hədislərə işarə etmişdir ki, bərzəx aləminin dörd dəstəsindən xəbər verir. Yəni, bərzəx əhli dörd dəstədən ibarətdir.

Birinci dəstə: Xalis möminlər ki, bərzəxin behiştinə daxil olar və orada nemət içində olarlar.

İkinci dəstə: Xalis kafirlər ki, bərzəxin cəhənnəminə daxil olarlar və orada əzabdadırlar.

Üçüncü dəstə: Fasiq müsəlmandırlar və onlar Əhli-Beytin (ə) vilayətini qəbul etmirlər. Ancaq saleh əmələ malikdirlər və Məsum İmamlara (ə) qarşı düşmənçilik göstərməyiblər. Onlar bərzəxin behiştinə daxil olmazlar. Ancaq qərar tutduqları yerə behiştin qapısı açıq olar və behiştin mehi onları vurar. Əqidəsi zəif və cahil insanlar da onlara aiddir.

Dördüncü dəstə: Əhli-Beytə (ə) düşmən münasibətləri var, ancaq müsəlmandırlar. (Yəni, şəhadətləri deyiblər). Bərzəxin cəhənnəminə daxil olmazlar. Ancaq qərar tutduqları yerə cəhənnəmin qapısı açıq olar və cəhənnəm atəşinin hərarətinə məruz qalarlar. (İslami saytlara istinadən)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930