Zalımın 3 nişanəsi
Mьəllif: admin1
Tarix: 11-08-2017, 21:25

Zalımın 3 nişanəsi

 Əmirəl-möminin (ə) buyurur: "Zalımın üç nişanəsi vardır: Ondan yüksəkdə olanlara müxalifət və itaətsizliklə zülm edər. Əlinin altında olanlara qəzəblə zülm edər. Zalımlarla həmkarlıq edər”.

 

O kəs ki, zalım ruhiyyəsinə malik olar, bu alçaq ruhiyyənin təsiri altında hər bir sahədə özünü göstərməyə çalışar. O kəslərə ki, itaət etməli və tapşırıqlarını yerinə yetirməlidir – onlara itaətsizlik edər və müxalifətlik edər. Əmrlərindən boyun qaçırdar.

 

O kəslər ki, əlinin altındadır və ondan asılıdırlar – onlara təzyiq göstərər və qəzəb edər. Güc və zorbalıq yolu ilə onları özünə tabe etməyə çalışar.

 

Öz dostlarını zalımlardan və özü kimilərdən seçər. O, hər bir halda zalımdır və bu ruhiyyəsini heç bir şəraitdə əldən verməz.

 

/Deyerler.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930