Müsəlmanın qüdrət, qəzəb və şadlıq halətində seçimi nədir?
Mьəllif: admin1
Tarix: 11-08-2017, 18:50

 Mömin öz əməl və rəftarında diqqətli olmalıdır. Çünki onun əməl və rəftarı tək özünə aid deyil. O həm də bir ictimai nümunədir. O öz rəftarı ilə ətrafında olan insanlarda özünə qarşı fikir formalaşdırır. Bu fikir özü ilə bərabər onun təmsil etdiyi etiqada qarşı da formalaşır. Necəki Allah Təala Quranda Öz Rəsuluna buyurur: 


(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər kobud və sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər (Ali İmran-159).

İmam Kazım (ə)-dan rəvayət olunmuş bir hədisdə möminlərin diqqət etməli olduqları bir neçə məsələyə işarə edilir. İmam buyurur: Mömin o kəsdir ki, şad olanda şadlığı onu günah və batilə çəkməz, qəzəbli olanda qəzəbi onu haqqdan çıxarmaz, qüdrətli olanda qudrəti onu zülm və qəbul edilməz əməllərə çəkməz (Xisali Şeyx Səduq. Cild-1. Səh-105).

Kəlamda bu üç məsələyə diqqət yönəlir:


1-Şadlıq
2-Qəzəb
3-Qüdrət.

Bu xislətlər demək olar ki, müxtəlif formalarda hər gün qarşımıza çıxan halətlərdir. İnsanın bir şeyə sevinməsi, bir şeyə qəzəblənməsi normal haldır. Amma diqqət etməli olduğu əsəs budur ki, həddi aşmasın və bu halında rəbbinin rizasını unutmasın. Qüdrət və sərvət əldə etdikdə belə onu xeyir işlərdə sərf etsin. İmamın (ə) bu kəlməsinə diqqət etdikdə sankı insanın bütün xüsusiyyətlərini bu üç nöqtədə çəm edib. İnsan bu üç halında özünə nəzarət edə bilsə, demək ollar ki, özünə nəzarət etmiş olur.


Y.Nuriyev

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031