Aciz insanların son əməlindən kənar olaq
Mьəllif: admin1
Tarix: 10-08-2017, 19:34

Aciz insanların son əməlindən kənar olaq

 Əmirəl-möminin (ə) buyurur: "Qeybət etmək – aciz insanların son səyidir”.

Kəbirə günahlar arasında qeybət – acizliyin, alçaqlığın və zəifliyin nişanəsidir. O insanlar ki, başqalarının arxasından onların eyblərini açar və onları məzəmmət edər və gizli eyblərini açaraq abırlarını aparar – bu insanlar ən alçaq insanlardırlar. Çünki kin və həsəd varlıqlarını elə bürümüşdür ki, bu vasitə ilə özlərini sakitləşdirər və çatışmamazlıqlarını aradan qaldırmağa çalışarlar.

Bu aciz və şəxsiyyətsiz insanlar hətta onlara edilən zalımcasına rəftarlara cavab verməyə belə qadir deyildirlər. Tək səyləri budur ki, insanların arxasından xəncər vursunlar. 

 

Hədislərdə oxuyuruq ki, qeybət edən insan əgər tövbə edərsə, behiştə daxil olan son insan olacaqdır. Əgər tövbə etməzsə, cəhənnəmə daxil olan ilk insan olacaqdır.

Bu alçaq və rəzil sifəti tərk edək və ona görə tövbə edək.

 

/Deyerler.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930