Möminin mömin üzərində olan 7 haqqı
Mьəllif: admin1
Tarix: 19-12-2020, 21:47
Möminin mömin üzərində olan 7 haqqı
Mömin Allaha iman gətirən deməkdir. İnsan iman gətirməklə qəlbində rəbbinə bağlanır. Bu bağlılıq həmin insanların özlərini də bir-birinə bağlayır. Onların boynuna haqq gətirir.

Onlar arasında qardaşlıq ülfəti qurur. Biri-birinə mehriban edir, cəmiyyəti möhkəmləndirir. Onlar arasında ata-anadan bir olan qardaşlar kimi möhkəm bağ yaranır. Qurani Kərimdə buyurur:

Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız! (Hucurat-10).

Möminlərin bir-birləri üzərində haqlarının vacib olması haqqında Allah Rəsulu buyurub: Bir möminin digər mömin üzərində Allah Təalanın vacib etdiyi yeddi haqq vardır:

1-Hörmətini saxlasın. (Yəni qardaşının ehtiramını qorusun. Öz abır və heysiyyətini qoruduğu qədər də möminin heysiyyətinin, izzətinin qorunması üçün çalışsın).

2-Onu sevsin. (Qəlbində ona sevgi yaratsın. Onu Allaha xatir sevsin. Əziz tutsun).

3-Malında onun payı olsun. (Hər möminin malında zəkatdan, xumsdan bir pay vardır. Bu paylar kasıb möminlərin rifahı üçün xərclənir. Bundan əlavə hər bir mömin ehtiyac içində olan möminə yardım etməli, ona kömək əlini uzatmalıdır).

4-Onun qeybətinə icazə verməsin. (Qeybət etməsin. Yanında bir möminin qeybətinə, abrının aradan getməsinə icazə verməsin).

5-Xəstə vaxtı onu ziyarət etsin.

6-Cənazəsində iştirak etsin. ( Dəfn, cənazə işlərində və namazında iştirak etsin. Dua etsin).

7-Öldükdən sonra yalnız xeyir işlərini xatırlasın (Səhvlərini bağışlasın. Camaatın onun barəsində yaxşı düşünmələri üçün çalışsın).

Camiul-Əxbar (Səh-85)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930