NƏDƏN TÖVBƏ EDİLMƏLİDİR?
Mьəllif: admin1
Tarix: 7-08-2021, 10:38
NƏDƏN TÖVBƏ EDİLMƏLİDİR?
İnsanı Allahdan uzaqlaşdıran bütün şeylər günahdır və günahdan tövbə etmək vacibdir. Günahlar iki qismə bölünür: əxlaqi günahlar və əməli günahlar.

Çirkin əxlaq nəfsi bulaşdırır və insanın kamala doğru hərəkətində maneəyə çevrilir. Nəfsdə kök atmış çirkin sifətlər insanın xarakterinə hopur. Nəfsi bu çirkinliklərdən təmizləmək zəruridir.

Əxlaqi günahlara misal olaraq riya, nifaq, qəzəb, təkəbbürlük, eqoistlik, zülm, yalan, tamah, böhtan kimi çirkin sifətləri göstərmək olar.

Oğurluq, qətl, zina, sələmçilik, fərarilik və s. əməli günahlara misal ola bilər.

Günahlar böyük və kiçik olmaqla da iki yerə bölünür. 40-cı dərsdə böyük günahlardan bir qismi sadalandı. İstər əxlaqi, istərsə də əməli günah böyük sayıla bilər.

Allah-təala böyük günahları tərk edənlərin kiçik günahlarını bağışlayacağını vəd edir. Böyük günahlardan tövbə etmək vacibdir.

Amma elə günahlar da vardır ki, onları yalnız övliyalar günah kimi tanıyırlar. Məsələn, müstəhəb, yəni bəyənilmiş işi tərk etmək övliyalar üçün günah sayılır.

Onlar bir fəqirin, miskinin yanından düz keçib ona əl tutmamağı özləri üçün günah hesab edir, ağlayıb-sızlayır, tövbə edirlər.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031