İMAN VƏ YƏQİNİN ƏLAQƏSİ
Mьəllif: admin1
Tarix: 7-08-2017, 10:08

 Peyğəmbər və məsum imamlar öz dəvətlərində şəkk-şübhədən qurtularaq yəqinlik əldə etmək məsələsinə xüsusilə təkid etmişlər. "Biharul-ənvar”ın 70-ci cildində belə bir rəvayət nəql olunur: "Bir gün sübh çağı Peyğəmbər məscidə daxil oldu. Məsciddə gördüyü gəncin pərişanlığı onun diqqətini cəlb etdi. Həzrət (s) cavandan soruşdu: "Sübhü necə açdın?” Cavan ərz etdi: "Sübhü yəqinlik halında açdım.” Həzrət buyurdu: "Yəqinliyinin əlaməti nədir?” Cavan ərz etdi: "Sanki nemətə qərq olmuş behişt əhlini və əzaba düçar olmuş cəhənnəm əhlini görürəm, gözümün yuxusu ərşə çəkilib.” Peyğəmbər ona dua etdi: "Allah səni bu halda sabit saxlasın.”

Bəli, Allah Öz bəndələrindən yəqinliyə çatmış iman istəyir. İnsan behişt və cəhənnəmi görürmüş kimi iman gətirməlidir. Yəqinliyin də dərəcələri vardır: elmül-yəqin, eynül-yəqin, həqqül-yəqin. Bütün bu deyilənləri çox gözəl bilən bir alim "iman yəqinlə bir araya sığmır” deyir! Aman nəfsin əlindən!
Bu ziddiyyətin sirri nədir? Yalnız və yalnız özünəpərəstiş! "Casiyə” surəsinin 23-cü ayəsində buyurulur: "Həva-həvəsini özünə tanrı edəni və öz elmi ilə zəlalətə düçar olmuşu, qulağı və qəlbi möhürlənmişi və gözünə pərdə çəkilmişi gördünmü? Onu Allahdan başqa kim hidayət edəcək?!”
 
 

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930