Körpəyə süd verməklə bağlı Qurani-Kərimin 7 göstərişi
Mьəllif: admin1
Tarix: 6-02-2021, 22:22
Körpəyə süd verməklə bağlı Qurani-Kərimin 7 göstərişi
Qurani-Kərim Qiyamətə qədər bəşər üçün hidayət kitabıdır. Elə bir mövzu yoxdur ki, Quran ona toxunmasın.

Yeyəcəklərdən tutmuş geyəcəklərə və əhkamdan tutmuş əqaidə qədər, əxlaqdan tutmuş ictimai mövzulara qədər hər bir şey orada mövcuddur.

Körpəyə süd vermək mövzusu da bu mühüm mövzulardan biridir. Qurani-Kərim valideynlərə körpəyə süd verməklə bağlı 7 göstəriş vermişdir ki, onlarla tanış olaq:

1. Analar körpəyə iki il süd verməlidir. "Analar öz övladlarına iki il tamam süd verməlidirlər”. ("Bəqərə” 233).

2. Bu, o kəs üçündür ki, övladına kamil şəkildə süd vermək istəyir. "Bu (göstəriş), (körpənin) süd əmmə müddətini kamil etmək istəyən kəs üçündür”. ("Bəqərə” 233).

3. Ana süd verən zaman yeməyi və geydiyi paltar, həyat ehtiyaclarının ödənməsi – atanın boynundadır.

"Onların ruzi və geyimi(ni) orta həddə (təmin etmək) körpənin sahibinin (atasının) öhdəsinədir”. ("Bəqərə” 233).

4. Nə ananın övladına ziyan vurmağa haqqı vardır, nə də atanın. "Ata-ana (öz aralarındakı ixtilafa görə) öz övladlarına zərər və ziyan vurmamalıdırlar”. (Həmin ayə).

Yəni, ana əri ilə dava etdiyi üçün körpəyə süd verməkdən imtina etməməlidir. Həmçinin ata həyat yoldaşı ilə dava etdiyi üçün süd yeyən körpəni ondan ayırmamalıdır.

5. Əgər ata ölərsə, süd verən ananın ehtiyacları varisləri tərəfindən təmin edilməlidir.

"Belə bir vəzifə həm də (atanın) varisin(in) öhdəsinədir (ki, əgər ata ölsə və miras həmin körpəyə qalsa, yuxarıda deyilən şərtlərlə ananın dolanışığı həmin maldan ödənilməlidir)”. (Həmin ayə).

6. Ana öz cismi və ruhi vəziyyətindən asılı olaraq, ərinin də razılığı ilə körpəni süddən kəsə bilər.

"İndi əgər ata və ana aralarındakı razılıq və məsləhətləşmə əsasında (körpəni nəzərdə tutulan zamandan qabaq) süddən ayırmaq istəsələr, onlara günah yoxdur”. (Həmin ayə).

7. Bəzən elə olur ki, ana övladına süd verməkdən imtina edir. Bu zaman çarə düşünmək lazımdır.

"Və əgər övladlarınıza süd vermək üçün dayə (tutmaq) istəsəniz, verməli olduğunuz şeyi yaxşılıqla və gözəl bir şəkildə ödəyəcəyiniz təqdirdə sizə bir günah yoxdur”. (Həmin ayə).

Əmirəl-möminin (ə) buyurur: "Körpənin istifadəsi üçün heç bir süd ana südü kimi mübarək deyildir”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930