MÜTTƏQİNİN XÜSUSİYYƏTLƏRİ
Mьəllif: admin1
Tarix: 6-08-2017, 10:18

 Həzrət Əli (ə) bir abidə müttəqi insanın sifətlərini belə bəyan edir: 

Onlar doğru danışar, orta dəyərli geyinər, təvazö’ ilə yol gedərlər. Harama göz yumar, faydalı elmi dinləyər, bəlanı rahatlıqla qarşılayarlar. Allahı böyük, ondan qeyrilərini kiçik bilər, behişt nemətlərinə və cəhənnəm oduna onları görən adam kimi yanaşarlar. Qəlbləri qəmgin olar, başqalarının şərindən amanda qalarlar. Bədənləri arıq, istəkləri az, nəfsləri tox olar. Gündəlik namaza durar, Quran ayələrini düşüncə ilə oxuyarlar. Quran onları qəmləndirər, dərdlərinə Quranda dərman axtararlar... Az əməldən razı qalmaz, nəfslərini danlayar, əməllərinə görə qorxarlar. Tərif olunduqda qorxar, «mən özümü başqalarından daha yaxşı tanıyıram, Allah isə məni məndən də yaxşı tanıyır» deyər, dini işlərdə güclü, adi vaxt uzaqgörən, yəqinlikdə möhkəm, elmə həris, ibadətdə müti, çətinlikdə dözümlü, halal ruzi üçün çalışqan, tamahdan uzaq olarlar. Onlardan xalq yaxşılıq gözləyər, onların şərindən hamı amandadır. Söyüş söyməz, aram danışarlar. Həqiqəti şahidsiz etiraf edər, kimsəni pis ləqəblə çağırmaz, xalqa gələn bəlaya sevinməzlər…
 

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031