Ayətullah Behcətin şəhid adlandırdığı xanım
Mьəllif: admin1
Tarix: 3-08-2017, 22:17

 Qadınlar evdə uşağa əsəbləşəndə belə səslərini həddən artıq çıxara bilməzlər. Bunu əsas götürərək, qadının qəhqəhə çəkib gülməsi (naməhrəmin eşidəcəyinin təhlükəsi varsa) də hökmən günah iş olacaq.

 

Qurani-Kərimdə qadınlar haqda və onların səsinin naməhrəmlər tərəfindən eşidilməsi barədə belə bir ayə var:

 

"Ey Peyğəmbərin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər (Allahdan) qorxursunuzsa, (yad kişilərlə) nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. (Şəriətə) müvafiq qaydada danışın."

 

Ayə qadınların danışarkən ciddi olmasını tələb edir. Qadınlar naməhrəm bir kişiyə xoş sözləri lazım olmayan həddə desələr, qarşı tərəfdə mənfi fikirlər oyana bilər. Xüsusilədə qarşı tərəfin ürəyində mərəz olarsa.

 

Şəriət hökmlərinə əsasən qadın namaz qılarkən səsinin naməhrəm bir kişi tərəfindən eşidələcəyi təqdirdə ucaltmamalıdır. Əgər bu məsələyə ibadətdə bu qədər ciddi yanalışırsa, adi həyatda daha önəmli məsələdir.

 

Qadınlar evdə uşğa əsəbləşəndə belə səslərini həddən artıq çıxara bilməzlər. Bunu əsas götürərək, qadının qəhqəhə çəkib gülməsi (naməhrəmin eşidəcəyinin təhlükəsi varsa) də hökmən günah iş olacaq.

 

Ayətullah Behcətin qonşusu nəql edir:

 

"Xanımım rəhmətə gedəndə Ayətullah Behcət də bu mərasimdə iştirak etdi, hərəmə qədər gəldi, namazını da qıldı və hətta bütün işlərini bir kənara qoyub qəbirstanlığa qədər gəldi.

 

Ayətullah Behcətdən soruşdular ki, hansı səbəbdən dolayı bu xanıma bu qədər ehtiram etdiniz?

 

- Ayətullah Behcət deyir ki, 40 ildir bu ailə ilə qonşuyam, amma hələ indiyə qədər o xanımın səsini bir dəfə də olsun eşitməmişəm. Etiqadım vardır ki, bu xanım şəhidlərdəndir." (islaminsesi.net)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930