Allah bəndəsinə uzatdığı "rəhmət əli"
Mьəllif: admin1
Tarix: 26-07-2017, 21:41

 Tövbə Bəndənin Allaha doğru dönməsi mənasındadır. Çünki hədisə əsasən insan günah və ya hər hansı pis əmal vaxtı imanı ondan ayrılır

 

İmanın insandan ayrılması insanın Rəbbi ilə arasındakı bağlılığın qırılması deməkdir. Bu mənəvi bağlılığı itirən insan öz yaradanından uzaqlaşdıqca uzaqlaşır. Əgər bu hal davam edərsə bu insanın həlakəti deməkdir.

 

Belə olan halda insanın dadına yalnız İlahi rəhmət yetişir. Bu İlahi rəhmət sanki bir cazibə qüvvəsidir ki, insanı Özünə tərəf çəkib həlakət girdabından xilas edir. İnsan nə qədər günah etsə də Allah Təala onu əfv edir. Yəni insan nə qədər günah edib İlahi bağlılığını qoparsa da Allah Təala onu həlakət böhranında buraxmır. Yetər ki istəsin, Rəbbini cağırıb rəhmət diləsin.

 

Təbi ki, insanın üzərində əsas ümumilikdə iki haqq, Allah haqqı və məxluq haqqı vardır. İnsanın Allah Təala tərəfindən bağışlanılması heçdə artıq haqqların qaytarılmasına gərək yoxdur demək deyildir. Əfv olunması Allah Təalanın o kəsə Öz rəhmət "əlini” uzatması, onu öz İlahi rəhmətində qərar verməsi deməkdir. Haqqlar da haqq olaraq öz sahiblərinə qaytarılmalıdır.

 

İnsan nəqədər günah etsə də, Rəbbi ilə olan bağlılığını qırsa da, yenədə Allah rəhm edən, əfv edəndir. Bəndə Rəbbinin ona bəxş etdiyi tövbə hissi ilə yenidən öz Rəbbinə doğru cəzb olur. Əsas odur ki,istəsin. O günahla nə qədər uzaqlaşsada, tövbə ilə yenidən Rəbbinə cəzb olacaq. Çünki Rəbbimizin rəhmət sonsuzdur.


(İslaminSesi.info/Y.Nuriyev)

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031