“Fərəc” duası şeytanı (lən) niyə əsəbiləşdirir?
Mьəllif: admin1
Tarix: 20-06-2021, 11:01
“Fərəc” duası şeytanı (lən) niyə əsəbiləşdirir?
"Fərəc” duası İmam Zaman ağanın (ə.f) zühurunun tezləşməsi üçün oxunan duadır ki, bütün Əhli-Beyt (ə) davamçıları onu oxumağa vəzifələniblər.

Əgər möminlər bu duanı oxumağa əməl etsələr, bir çox bərəkətlərə çatarlar. O cümlədən:

- Nemətlərin artması.

- Qəlbi məhəbbəti dilə gətirmək.

- İntizarın nişanəsi.

- Məsumların (ə) işini dirçəltmək.

- Şeytanın (lən) narahat olması və dəhşətə gəlməsi.

- Axıril-zamandakı fitnələrdən uzaq olmaq.

- Duaların qəbul olması.

- İmam Zaman ağnın (ə.f) onun üçün dua etməsi.

- Həzrət Peyğəmbərin (s) şəfaətinin ona aid olması.

- Günahların bağışlanılması.

- Ruzinin artması...

Fərəc duasının ən böyük təsirlərindən biri – şeytanın narahat və əsəbi olmasıdır. İnsan Allaha hər nə qədər yaxın olarsa və Məsumlara (ə) nə qədər çox təvəssül edərsə, şeytan bir o qədər narahat və əsəbi olar. Çünki həmin bəndəyə yaxınlaşa bilməz.

Fərəcin tezləşməsi üçün dua etmək – ən fəzilətli ibadətlərdəndir ki, imanın kamilləşməsinə və Sübhan Allaha yaxınlaşmağa səbəb olar. İnsan ibadətdə hər nə qədər kamala çatarsa, lənətlik şeytandan bir o qədər uzaqlaşar.

Həzrət Peyğəmbər (s) buyurur: "Şeytan o zaman ki, mömin beş namazın vaxtına nəzarət edər, davamlı olaraq ondan qorxar. O zaman ki, onları zay edər, şeytan ona cürət edər. Onu böyük günahlara daxil edər”.

Əlbəttə, insan əgər Allahın buyurduğu ibadətləri kamil şəkildə yerinə yetirərsə, Allaha yaxınlaşar. O cümlədən: namaz qılmasında, oruc tutmasında, dua etməsində, Quran oxumasında...

Ona görə də deyə bilərik ki, mömin hər nə qədər ibadətlərində ixlaslı və diqqətli olarsa və İmamın (ə.f) fərəci üçün dua etməyi unutmazsa, şeytan (lən) ondan uzaq olar və ona yaxınlaşmağa cürət etməz.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031