Mənim adım Məhmuddur, ona görə də onun adını Muhəmməd (s) qoymuşam...
Mьəllif: admin1
Tarix: 20-07-2017, 00:03

 İmam Sadiq (ə) nəql edir: "O zaman ki, Musa (ə) Allahla münacat edir, şeytan onun yanına gəlir. Mələklərdən biri şeytana deyir: "Musadan (ə) nə istəyirsən? O, münacat edir”.

Deyir: "Onunla elə işim vardır ki, atası Adəm (ə) behiştdə olanda da onunla elə işim var idi”.

Bu zaman Allah tərəfindən xitab gəlir: "Ey Musa! Mən kimsənin namazını qəbul etmərəm, məgər o halda ki, Mənim əzəmətimə görə Mənə tövazö edər. O, qəlbində Məndən qorxar. Gününü Mənim zikrimlə sona çatdırar. Günahda təkid etməz, Mənim dostlarımın, övliyaların haqqını tanıyar”.

Musa deyir: "Övliya dedikdə, məqsədin İbrahim (ə), İshaq (ə), Yəqubdur?”.

Xitab gəlir: "Onlar – mənim övliyalarımdır. Ancaq Mənim məqsədim o kəsdir ki, ona xatir Adəmi (ə) və Həvvanı (ə) xəlq etmişəm. Behişti və cəhənnəmi yaratnmışam”.

Musa (ə) deyir: "O şəxs kimdir?”.

Allah buyurur: "O şəxs – Muhəmməd Əhməddir (s). Mən onun adını Öz adımdan götürmüşəm. Mənim adım Məhmuddur, ona görə də onun adını Muhəmməd (s) qoymuşam”.

Musa (ə) deyir: "Allahım, məni onun ümmətindən qərar ver!”.

Allah buyurur: "Ey Musa! Əgər sən onun məqam və dərəcəsini, Əhli-Beytinin (ə) məqam və dərəcəsini tanısan, onun ümmətindən sayılarsan. Çünki məxluqların arasında onun və Əhli-Beytin (ə) məsəli – behiştdə olan həmin bağ kimidir ki, nə ağaclarının yarpaqları solur və nə də meyvələrinin dadı dəyişir. Ona görə də hər kim onları tanıyar və onların haqqına agah olar, Mən həmin şəxsə cahil olan zaman elm verərəm, qaranlıq zamanı nur (verərəm). O şəxs məndən bir şey istəməmişdən əvvəl, hacətini yerinə yetirərəm.

Ey Musa! Dünya – cəza yeridir. Mən Adəmi (ə) günaha düçar olduğu üçün ora göndərdim. Dünyanı məlun etdim və onda olan hər şey məlundur, məgər o halda ki, dünyadan Mənə xatir istifadə olunar.

Ey Musa! Mənim abid bəndələrim, Məni tanıma səviyyələrinə görə dünyadan uzaq olarlar. Həmçinin başqa məxluqlardan uzaq olarlar. Ancaq başqa insanlar Mənim barəmdəki cahillliklərinə görə dünyaya diqqət edərlər. Ona görə də bəndələrimdən hər kim dünyanı böyük hesab edərsə, onların gözləri həmişə yoxsuldur. Lakin o kəs ki, dünyanı təhqir edər – ondan istifadə edər (axirəti üçün)””. 


 

/Deyerler.org/

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031