Evliliyin möhkəm olması üçün 3 əməl
Mьəllif: admin1
Tarix: 20-06-2021, 10:54
Evliliyin möhkəm olması üçün 3 əməl
Əgər evliliyinizin davamlı və möhkəm olmasını istəyirsinizsə? gərək bu üç əmələ həmişə riayət edəsiniz:

1. Söz rabitəsi.

2. Qarşılıqlı ehtiram.

3. Vəzifələri yerinə yetirmək.

Əgər əriniz bu sözləri tez-tez işlədirsə, deməli vəziyyət çox da yaxşı deyildir:

- "Artıq hövsələm çatmır”. Əgər həyat yoldaşınız bu sözü tez-tez işlədirsə, çalışın qərar tutduğunuz şəraiti dəyişdirməyə səy göstərəsiniz. Özünüzə sual verin ki, rabitələrinizdən razısınızmı? Ərinizin də razı olduğunu düşünürsünüzmü? Həyatınızda bəzən elə dəyişikliklər etməlisiniz ki, qarşı tərəfin hisslərini dərinləşdirsin və sevginizi artırsın?

- "Sən mənim sözlərimi heç vaxt başa düşmürsən”. Kişilər və qadınların dərk qüvvəsi müxtəlif cür fəaliyyət göstərir. Ona görə də bəzən cütlərin bir-birini anlaması çətinliyə düşür. Əgər əriniz sizdən şikayət edirsə ki, onun sözlərini başa düşmürsünüz, ona vaxt ayırın və nə demək istədiyini anlamağa çalışın. Yaxşı qulaq asmaq ailə rabitələrini möhkəm edər.

- "Sən heç vaxt dəyişməyəcəksən”. Dəyişmək – çətin məsələdir. Bu barədə ərinizlə söhbət edin və hansı əməllərinizi bəyənmədiyini öyrənməyə çalışın. Əgər ona məntiqli dəlillər gətirsəniz, o, sizi anlayacaqdır.

- "Sən niyə filankəs kimi deyilsən?”. Müqayisə etmək ailə rabitələrini viran edər. Əgər əriniz davamlı olaraq sizi başqaları ilə müqayisə edirsə, bu haqda düşünməyinizi tövsiyə edirik. Yəni, əriniz sizin dəyərlərinizi qiymətləndirmir. Çalışın xoşbəxt olmağınız üçün daha yaxşı olasınız.

- "Sən mənim aşiq olduğum həmin insan deyilsən”. Zaman keçdikdə insanın zahiri, daxili hissləri və xasiyyəti dəyişər. Əgər əriniz bu cümləni sizə tez-tez deyirsə, onu anlamağa çalışın və sizdən ən çox nə istədiyini öyrənməyə səy göstərin.

Əgər ailənizin xoşbəxt olmasını istəyirsinizsə, bir-birinizə etimad edin və söz rabitəsi qurun, kiçik və cüzi mövzuları şişirtməyin.

Çətinliklərinizi həll etmək üçün vaxt təyin edin, ancaq bu yolla həyatınız şirin və şad ola bilər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031