Doğru olsa belə, Allaha and içməyin
Mьəllif: admin1
Tarix: 10-05-2020, 21:00
Doğru olsa belə, Allaha and içməyin
Allah Təala Quranda buyurur: "Allahı yaxşılıq etməməyiniz, təqvalı olmamağınız və insanların arasını düzəltməməyiniz kimi andlarınıza hədəf etməyin (müxtəlif bəhanələrə görə Ona and içməyin. Və ya:

Allahı yaxşılıq edəcəyiniz, təqvalı olacağınız və insanların arasını düzəldəcəyiniz barəsindəki öz (təkrar) andlarınıza hədəf etməyin). (Allahın adını bu cür, hər şeyə görə Ona and içməklə hörmətdən salmayın). Allah eşidən və biləndir”. ("Bəqərə” 224).

İctimai həyatda bəzən insanlar öz sözlərini qüvvətə mindirmək üçün Allaha and içərlər və andları ilə Allahı hədəf qərar verərlər. Ancaq Quran və hədisər bu əməli bəyənmir və buyurur ki, hətta doğru sözlərinizdə belə, Allahı andlarınızda hədəf qərar verməyin.

Bəzən da insanların bir hissəsi başqalarına yaxşılıq edərlər, lakin onlardan pisliklər görər. Ona görə də and içərlər ki, bundan sonra heç kəsə yaxşılıq etməyəcəklər.

Ancaq bu ayə buyurur ki, əgər siz Allah rizası üçün bir xeyir əməl yerinə yetirirsinizsə, Allaha and içdiyinizə görə onu gərək tərk etməyəsiniz.

İnsan gərək hər addımbaşı Allaha and içməsin və bu adətini tərk etməyə çalışsın. Çünki, bu yolla Allahı insanların gözündən salmış olar.

İmam Sadiq (ə) buyurur: "Heç bir zaman Allaha and içməyin, baxmayaraq ki, doğru olsa belə. Çünki Allah buyurmuşdur: "Allahı özandlarınızın hədəfində qərar verməyin””.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930