Axir zamanda imanınızı, özünüzü bu zikirlə qoruyun
Mьəllif: admin1
Tarix: 14-07-2021, 23:55
Axir zamanda imanınızı, özünüzü bu zikirlə qoruyun
İmanınızı axır zamanda, imanı qorumağın əldə yanar köz saxlamaqdan çətin olan bir vaxtda bu zikirlə qoruyun:

İman dinin əsasını təşkil edir. İnsanın hansı dinə etiqad bəsləməsi, hansı dinin əsaslarına bağlanması önəmlidir. Bu bağlanmalar insanı hədəf və məqsədinə doğru düzgün istiqamətləndirir.

İnsan bu istiqamətlə son aqibətinə doğru yol alır. Onun yol alması heç də nicat tapması, Haqqın rizasına yetişməsi demək deyildir. Bu rizaya və nicata yetişmək üçün insan özünü qorumalı, möhkəm imanı və bu imandan doğan düzgün ilahi mərifəti (Allahı tanıması) olmalıdır.

İmanı qorumaq zamanından asılı olmayaraq hər zaman ən çətin vəzifələrdən biri olmuşdur. Hansı zamanda olmasından asılı olmayaraq insanın nəfsi və şeytan kimi düşməni hər zaman onun yanında olmuşdur. Sadəcə zamanda və həmin zamanda istifadə olunan xarici vasitələrdə fərq vardır.

İndiki texnologiya bir neçə yüz illər bundan öncə olmaya bilər. Amma insan həmin insan olaraq qalır. Qəlbi, ruhi, hissləri min il bundan öncəki insanla eynidir. Necəki insanın rəngində, irqində, milliyyətində fərqin olması onların insanlığında fərq yaratmır.

Amma zaman dəyişdikcə insanların həyat tərzi, yaşam tərzi dəyişir. Bu baxımdandır ki, axir zamanı ən pis zaman adlandırırlar. Allah Rəsulu (s) buyurub: Bir zaman gələr ki, o vaxtın insanlarının dərdi səri ancaq qarınları olar. Onların şərəfi ancaq dəbdəbədə olar. Hədəf və qiblələri ancaq qadınları olar.

Boyükləri ütanmaz kiçikləri həyasız olar. Qadınları həyasız, çılpaq olar, bəlaları çox olar, zəlzələlər çox olar, qəfil ölümləri çox olar, günahları aşkarda edərlər, canavar kimi olarlar kim belə olmasa onu parçalayarlar, pullarını haram və musiqiyə xərcləyərlər, Allahın haramlarını sındırarlar, namazı zay edərlər, zaman sürətlə keçər, qadınları özlərini kişiyi, kişiləri özlərini qadına oxşadar, kişi və qadınları bir məclisdə olarlar......

İmam Sadiq (ə) bütün bu fitnələrdən amanda qalmaq üçün möminlərə bir zikir tövsiyyə edir və buyurur: İmanınızı axır zamanda, imanı qorumağın əldə yanar köz saxlamaqdan çətin olan bir vaxtda bu zikirlə qoruyun:

YA-ALLAHU. YA-RƏHMANU. YA-RƏHİMU. YA MUQƏLLİBƏL-QLUBİ VƏL-ƏBSAR. SƏBBİT QƏLBİİ ALƏ DİNİK. (Ey Rəhman, Rəhim, qəlblərə və gözlərə hakim olan Allah. Mənim ayaqlarımı (qədəmlərimi) öz dinində sabit eylə!).

(Biharul-ənvar. C-52. S-148) (Biharul-ənvar.C-92. Səh-326)


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930