Allahın məkri deyildikdə, nə nəzərdə tutulur?
Mьəllif: admin1
Tarix: 13-07-2017, 22:31

Allahın məkri deyildikdə, nə nəzərdə tutulur?

 Mübarək Ramazan gecələrində oxuduğumuz ən fəzilətli dualardan olan "Əbu Həmzə” duasında deyirik: "Allahım, pis rəftarımıza görə bizi Öz məkr və hiylənə düçar etmə!”.

Yerinə yetirdiyimiz pis əməllərə görə Allahın bizə məkr və hiylə etməsinə həqiqətən də layiqliyiq. Allah Öz məkri ilə qoymaz ki, biz məqsədimizə çataq. Allah gözəl hayildir. Bəs Allahın məkri necədir? 

Allahın bəndələrinə etdiyi məkr və hiylə, insanların hiylə və məkrindən tamamilə fərqlənir. Allahın məkri Onun qüdrət və iqtidarı ilə həyata keçər.

Əllamə Təbatəbai bu ayə haqqında buyurur: "Belə isə, məgər Allahın məkrindən və qəfil əzabından xatircəmdirlər?”. ("Əraf” 99). Allah Təala tərəfindən olan məkr cəza vermək yolu ilə düzgün hesab edilə bilər. Bu yolla ki, bir nəfər günah edər, ona görə də Allah, onun ağlına gəlmədiyi yerdən onu cəzalandırar”.

Əslində insan qəflət edər və Allah tərəfindən qafil olar. Yəni, bu insan Allahın məkr tələsinə düşər və cəzalanar. Allah Quranda buyurur: "Və şübhəsiz, onlar (bizim peyğəmbərlərimizə qarşı) öz hiylələrini işə saldılar, halbuki, onların hiylələri – dağları yerdən qoparacaq qədər güclü olsa da –(onu əzəldən bilmək, dünyada onunla mübarizə aparmaq yolu və onun axirətdəki cəzası) Allahın yanındadır”. ("İbrahim” 46).

Allah Təala başqa ayədə buyurur: ”Beləliklə, elə ki, yadlarına salınmış şeyi unutdular, (imtahanın sona çatdırılması və nəzərdə tutulan şeylərin tədricən həyata keçirilməsi məqsədi ilə dünya nemətlərindən) hər şeyin qapılarını onların üzünə açdıq. Onlara verilən şeyə xoşhal olaraq ürək bağladıqları zaman, (günahlarının cəzası olaraq) onları qəflətən yaxaladıq. Beləliklə, birdəfəlik aciz və naümid oldular”. ("Ənam” 44).

Yəni, o zaman ki, kafirlər İlahi təzəkkürü yaddan çıxartdılar, bu zaman Allah onları istidrac etdi. Onlara hər bir nemətin qapısını açdı. Maddi nemətlərini təkmilləşdirdi. Nəticədə bu nemətdən qəlblərində şadlıq və sevinc meydana gəldi. Bu zaman heç bir üzrləri olmadığı bir vəziyyətdə, Allah onları Öz əzabına düçar etdi və həlak etdi. Budur Allahın həqiqi məkri!

Heç kəs öz məqsədinə çatmaz, məgər Allahın feyzi və lütfü sayəsində.

Heç kəs şərdən xilas olmaz, məgər Allahın inayəti ilə.

Gərək hər birimiz Allahın məkrindən Allaha pənah aparaq!

 

/Deyerler.org/


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031