Qiyamətdə sağ-sol əməl sahiblərdən başqa öndə olanlar kimlərdir?
Mьəllif: admin1
Tarix: 12-07-2017, 23:53

 3 dəstəyə ayrılacaq əməl sahibləri – Sağ- sol tərəf sahibləri və öndə olanlar

 

Vaqiə surəsi Qurani Kərimdən daha çox tilavət edib diqqət etməyimiz istənilən sürələrdən biridir. Hətta şərif hədislərdə hər gecə oxunması tövsiyyə olunur. Bu sürənin möhtəvası əsasən qiyaməti və hikmət dolu yaradılışı bəyan edir. Allah Təala hikmətlə yaratdığı aləmin öz hədəfinə çatması üçün qiyamətin qaçılmaz olduğunu, hər kəsin Rəbbi hüzurunda hesab verəcəyini bəyan edir.

 

Allah Təala bu sürədə insanları üç dəstəyə bölür: Sağ tərəf sahibləri, sol tərəf sahibləri və öndə olanlar.

 

Sağ tərəf sahibləri xeyir əməl sahibləri, yaxşı iş görənlər, ibadət və itaətlərində Rəbinnə şərik qoşmayanlar, imanlarında sabit olan kəslərdir.

 

Sol tərəf əhli əməl dəftərləri soldan əllərinə verilənlər, günahkarlardır. O kəslər ki, dünyada olarkən iman etməmiş, şirk etmiş, ibadət və itaətdən boyun qaçırmış, haram və qadağalara etina etməyən, zülm edən kəslərdir.

 

Üçüncü dəstə isə öndə gedənlərdir. Bunlar birinci və ikinci dəstədən fərqli olan bir dəstədir. Bunlar imanlarında sabit olan, öz əməllərində və niyyətlərinda sadiq olan kəslərdir. Hər bir kəsin niyyətinin xalislik və paklıq dərəcəsi vardır. Hər bir əməlin arxasında ona dəyər qazandıracaq niyyəti vardır. Çünki zahirdə eyni görülən əməllər yalnız niyyətlə dəyər tapır, yaxud niyyətlə riyaya çevrilib öz dəyərini itirir. Hər bir kəs ilahi yaxınlıq məqamına öz əməli və niyyəti ilə yetişir. Əməl və niyyət xalisləşdikcə insan da müxlisləşir (ixlaslı), öz Rəbbinin ilahi qürub (yaxınlıq) məqamına yetişir. Bunun müqabilində Allah Təala da o kəsə kimsəyə nəsib olmayacaq xüsusi imtiyazlar ehsan edir.

 

İmanlı kəslərin özləri üçün təyin etdiyi hədəfləri onların əldə etdiyi ilahi mərifət qədərindədir. Hər bir kəsin yetişəcəyi son mənzili onun mərifətindən doğan arzusu və tələbi çərçivəsindədir. Necə ki, Fironun xanımı Allah təaladan ilahi yaxınlıq istəmişdir (Təhrim-66). Bu ayə ilə Allah Təala insana onun yaradılış hədəfinin daha böyük olduğunu xatırladır. Quran təbiri ilə desək məhz onlardır Allaha yaxın olanlar (Vaqiə-11).

 

Y.Nuriyev

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031