Seyid Mürtəzadan dərs alan yəhudi
Mьəllif: admin1
Tarix: 12-07-2017, 23:51

 Bağdad şəhərini və onun ətrafını qəhətlik bürümüşdü. Yəhudi bir şəxs bu qəhətlik və yoxsulluqdan çox əziyyət çəkirdi. Hər nə qədər düşünürdüsə də, yoxsulluqdan çarə tapa bilmirdi.

Yadına düşür ki, ona Əhli-Beyt (ə) alimindən danışmışdılar ki, böyük insandır, müxtəlif elm sahələrində ixtisası vardır. Dövrünün bütün alimlərdən daha üstündür. Şagirdinə də həyatını keçindirmək üçün müəyyən məbləğ verir. 

Sabahısı günü Seyyid Murtəzanın dərsində hazır olur. Şagirdlər bu yəhudini görəndə çox təəccüb edirlər. Hətta bəziləri narahat olur. O zaman ki, dərs sona çatır, o, Seyyidin yanına gedir və alimdən istəyir ki, astronomiya elmini ona öyrətsin.

Seyyid də onun bu xahişi qarşısında gülümsəyir və qəbul edir. Göstəriş verir ki, hər gün ona da müəyyən məbləğ ödəsinlər. O kişi bir müddət dərsdə iştirak edir və həyat ehtiyaclarını alimdən aldığı pulla keçindirməyə çalışır. O, qısa müddət ərzində alimin əzəmət və vüqarı qarşısında o qədər təsirlənir ki, İslam dinini qəbul edir.

 

/Deyerler.org/

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031