Mərhum Ayətullah Behcətin yemək-içmək haqda mühüm xəbərdarlığı
Mьəllif: admin1
Tarix: 9-07-2021, 10:17
Mərhum Ayətullah Behcətin yemək-içmək haqda mühüm xəbərdarlığı
İnsanın həqiqətini onun ruhu, yəni ruhiyyəsi təşkil edir. Hər bir kəsin gücü, paklığı, islahı onun daxili aləmində baş verir.

Daxili aləmində baş verən proseslər şəxsin şəxsiyyətini formalaşdırır. Təbii ki insanın qəlbinin və ruhunun, mənəviyyatının paklığa və ya xəbisliyə dəyişməsi əməlləri və işləri ilə tam əlaqəlidir.

Yaxşı iş görən ömrünü ibadət və itaətə sərf edən, uzun səcdələrdə rəbbini çağırıb, dua edənlə halala harama diqqət etməyə, oğurluq-əyrilik edən, rüşvət alan, böhtan atan adamın mənəvi paklığı eyni səviyyədə deyildir.

Çünki insanın etdiyi əməllər birbaşa onun şəxsiyyətini, daxili aləmini formalaşdırır. Təbii ki, belə də olmalıdır. Çünki hər bir iş məhz öz təsirini qoyur.


Yemək, içmək də bu kimi işlərdəndir. Yeyib, içmək özlüyündə qəbahətli bir iş deyil. Əksinə insan üçün zəruru məsələlərdəndir.

Yeyib-icməyə keyfiyyət və dəyər qatan onun hardan qazanılması və halal olmasıdır. Düzgün yolla əldə edilən qazanc və bu halal qazancla alınan pak və təmiz qidalar insanda paklayıcı təsir qoyacaqdır.

Bunun əksi isə mənfi təsir qoyacaqdır. Təbii ki, mənfi enerji ilə qidalanan qəlbdən xəbis və çirkin niyyətlər zahir olacaqdır. Çirkin niyyətlər də öz ardınca qəbahətli işlər gətirəcəkdir.

Mərhum Ayətullah Behcətdən qidanın insanda qoyduğu təsir barəsində soruşduqda qısa və dolğun cavab verir.

Ayətullah "bu ağaca yaxınlaşmayın zalimlərdən olarsınız” (Bəqərə-35) ayəsinin zikr edir və buyurur, bu kimi ayələr bizə catdırır ki, bütün qəflətin, fəsadın, nizamsızlığın əsas səbəbi yemək və içməkdir.

Qəzəb və şəhvətə də hərəkət verən məhz yemək və içməkdir (haram tikə və ya israf yolu ilə yeyilən halal tikə). Bir sözlə bütün fəsadları ardınca çəkib gətirən əsas amil qidadır.

Ayədən göründüyü kimi ilk insanın ilk vəzifəsi, ona tapşırılan ilk iş qida qadağası olub. Bu qadağaya diqqət etmək onun gələcək müqəddaratını həll edir.

Napak, murdar, halal yolla qazanılmayan qidalar insan mənəviyyatını özü kimi napak və xəbis edir. Nəticədə həmin insandan söyüş kimi, yalan kimi, böhtan kimi işlər fəsada və əxlaqsızlığa səbəb olur. Bu da qida məsələsının nə qədər önəmli olduğunu bir daha təsdiq edir.

Mərhum müctəhid sözünün davamında buyurur: "Əgər yemək və içməklərimizə diqqət etsək, qəzəb və şəhvətimizə nəzarət etmiş olarıq”.


(Y.Nuriyev)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031