Nə üçün təkəbbür, qorxaqlıq və simiclik qadın üçün üstün sifətdir?
Mьəllif: admin1
Tarix: 5-06-2022, 22:26
Nə üçün təkəbbür, qorxaqlıq və simiclik qadın üçün üstün sifətdir?
"Nəhcul-bəlağə”də qadınlarla bağlı mövzulara rast gəlirik ki, onu bilmək hər bir qadın üçün faydalıdır. Bu xütbələrdə qadınların vəzifələrinə, ictimai və ailə münasibətlərinə işarə edilir.

Qeyrət, iffət, həya, həyat yoldaşına sadiq olmaq bu xitbələrdə bəyan olunan vəzifələrdən biridir. İmam Əli (ə) qadının cihadını belə izah edir: "Qadının cihadı – əri ilə xoş rəftar etməsidir”.

Bu mübarək kitabda İmam (ə) üstün qadınların üç sifətini bizlərə tanıtmışdır. Belə ki, İmam Əli (ə) buyurur: "Qadınların ən üstün sifətləri – kişilərin ən pis sifətləridir: təkəbbür, simiclik, qorxu.

Nə zaman qadın təkəbbürə malik olsa, ərindən başqa heç kəsin qarşısında boyun əyməz. Simic olarsa, özünün və ərinin malını qoruyar. Qorxaq olarsa, ona tərəf üz çevirən hər şeydən uzaq olar”.

1. Təkəbbür. Qadın əgər təkəbbürlü olarsa, naməhrəmlər ona yaxınlaşa bilməz və nəticədə qadın vüqara, mətanətə və qadın ağırlığına malik olar. İmam Əli (ə) qadının ictimai həyatda bu sifətinin təsiri barəsində buyurur: "Nə zaman qadın təkəbbürlü olarsa, özünü (naməhrəmin) ixtiyarına qoymaz”.

2. Simiclik. Bu sifət ailə iqtisadiyyatının düzgün idarə edilməsində qadına yardım edər və onu israfdan uzaqlaşdırar. İmam Əli (ə) bu haqda buyurur: "(Qadın) Nə zaman simic olsa, özünün və ərini malını qoruyar”.

3. Qorxu. Qorxu deyilikdə burada hər bir qorxu nəzərdə tutulmur, qadının onu təhlükə altına sala bilən mühitlərə qarşı qorxusundan bəhs edir. Əgər qadın qarşı cinslə öz rabitələrində qorxuya malik olarsa, heç bir zaman şeytanın (lən) tələsinə düşməz.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930