Valideynə göz aydınlığı verən övlad
Mьəllif: admin1
Tarix: 6-07-2017, 18:44

 Övlad tərbiyəsi hər bir valideyn üçün demək olar ki, ən önəmli məsələlərdəndir. Hər bir valideyn istər ki, onun övladı dünya işlərində bacarıqlı olsun. Dünyada öncə sağlam, əzaları yerində, azad, ailə həyatında müvəffəqiyyət qazanmış, maddi durumunda heç bir sıxıntısı olmayan kəslərdən olsun. Bir sözlə dünya həyatında "ayağına daş dəyməsin”. 


Amma çox az bir qisim insanları, xüsusən də indiki dövrümüzdə övladın imanli, əxlaqlı, rəbbinə bağlı, dinə və şəriətə əməl edən olmasını arzulayırlar. Hətta arzulayanların bir qismi də elə arzulamaqla kifayətlənirlər. Bu yolda səyləri çox azdır. Övlad tərbiyyəsində dünyalarına diqqət etdikləri qədər axirət və mənəviyyata diqqət etmirlər. Övladın dünya işlərindəki uğurlarına sevindikləri qədər dini işlərinə, din və islam yolunda etdikləri fədakarlığlarına sevinmirlər.

Halbuki Həzrəti Əli (ə) fəxr ediləcək övladı belə vəsf edir: 

«Mən öz Allahımdan nə xoş sima övladlar istədim nə də boylu-buxunlu uşaq. Allahımdan Allaha itaət edən, Ondan qorxan övladlar istədim ki, ona baxanda Allaha itaət etdiklərini görüm və gözlərim işıqlansın.»(əl-Kafi, c.6, səh.6, hədis 6 ).

Qurani Kərimdə bu məsələyə işarə edərək belə vurğulayır: Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.  (Hucurat-13).

İnsan iki aləmin-dünya və axirətin əhlidir. İnsan istər ki, hansı aləmdə olmağından aslı olmayaraq aqibəti xoş olsun, günü firavan olsun. Amma bütün bunlara baxmayaraq, insanın gözünü işıqlandıran, qəlbini sevinclə dolduran, ona fərəh gətirəcək işlər Allah Təalanın bəyənib dəyər verdiyi işlər olmalıdır.



Y.Nuriyev
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031