İnsanın durumunu inkişaf etdirən 2 metod
Mьəllif: admin1
Tarix: 4-07-2017, 22:28

İnsanın durumunu inkişaf etdirən 2 metod

 Əxlaq ustadlarından olan doktor Möhsün Mirbaqiri deyir: "2 şey qəlbi öz təsiri altına salar. Əgər biz özümüzü tərbiyə edə bilməsəydik, Allah bizə təklif verməzdi.

Bu iki şeydən biri – təfəkkürdür. Təfəkkür – qəribə bir hünərdir və etiqadlarımızı hissi edər. İnsana deyər ki, həsəd yaxşıdır və ya pisdir. Ancaq qəlb həsədin ardınca gedər.

İnsan o zaman ki, təfəkkür edər – özünə deyər ki, həsəd pis əməldir. Mən axı niyə həsəd aparıram. Allah mənə elə şeylər vermişdir ki, ona verməmişdir. Bu fikirlər qəlbimizi təsir altına salar və etiqadlarımızı hissi edər. Bu, təfəkkürün hünəridir.

Ona görə də hədislərimiz deyir ki, təfəkkür etmək bəzən ibadətlərdən daha üstündür. Çünki düşünmək insanı tərbiyə edər və şəxsiyyətini formalaşdırar. Ancaq hər təfəkkür yox, İlahi təfəkkür.

İkinci şey – təmrin etməkdir. Bacardığımız qədər qarşımıza məqsədlər qoyaq və onların yerinə yetirilməsini kontrol edək. Hər axşam özümüzü mühasibə edək. Uğurlara görə şükür edək, xətalara görə tövbə edək. Müəyyən vəziyyəti fiksə edək və pisləşməsinə imkan verməyək. Hansısa dərəcəyə çatdıqdan sonra, durumu təhlil edək. Mənfi və müsbət cəhətlərimizi aydınlaşdıraq. Mənfi xüsusiyyətləri nəzarətə götürək və minimallaşdırmağa çalışaq.

Təmrin etmək insan qəlbinə qəribə təsirlər qoyar. Ona görə də çalışmalıyıq ki, məhəbbətlərimizi İlahi edək. Bir müddətdən sonra görəcəyik ki, həqiqətən də bu cür olmuşdur. Allah o zaman ki, niyyətlərimizin ixlasını görür, bizə yardım edir.

Bu iki əməli özümüzdə tərbiyə etməyə çalışaq və qəlbimizə İlahi təsirlər qoyaq”. 

Allah Təala bizlərə bu tövsiyələrə əməl etmək tofiqatı versin, inşəallah.

 

/Deyerler.org/

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031