Müddəssir surəsi və fəziləti haqda bilmədiklərimiz
Mьəllif: admin1
Tarix: 21-10-2023, 12:02
Müddəssir surəsi və fəziləti haqda bilmədiklərimiz
Müddəssir surəsinin böyük fəziləti və xüsusiyyətləri vardır. Hər surənin, hər bir ayənin öz sirri olduğu kimi öz Muddəssir surəsi də misilsiz savaba malikdir.

Qurani Kərim yüz on dörd surədən ibarətdir. Hər surənin, hər bir ayənin öz sirri, öz batini vardır. Muddəssir surəsi də özünə məxsus bərəkəti olan surələrdəndir.

Bu surə də bəzi surələr kimi Peyğəmbərin adı ilə bağlıdır. Çünki ziyarətnamədə oxuyuruq: -"Əssəlamu aleykə ya Muddəssir”. Bu surə Quranın yetmiş dördüncü surəsidir.

Peyğəmbər (s) bu surənin fəziləti barəsində buyurub: Bu surəni oxuyanların savabı Məkkədə peyğəmbəri təsdiq və təkzib edənlərin sayının on misli qədərdir. (Məcməul Bəyan. Cild-10)

Dgər bir rəvayətdə İmam Baqir(ə)dan nəql edilir ki: Hər kim bu surəni öz vacibi namazlarında oxusa Mütəal Allah özünə vacib edər ki, onu Peyğəmbəri Əkrəmlə (s) qonşu və bir dərəcədə qərar versin, dünya həyatında onun çətinliklərini və bədbəxtliklərini aradan aparsın. ( Səvabul-əmal. S-120)

İmam Sadiq(ə)dan nəql olunan bir hədisdə buyurulur: Quranı hifz etmək istəyən davamlı olaraq bu surəni qiraət etsə Allah Təala ona hifz etmək tofiqi verər. Çox istəsə Allah da daha çox əta edər.( Təfsirul Burhan. C-5. S-521)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930