Xəstəni ziyarət etməyin, cənazəni müşayiət etməyin savabları
Mьəllif: admin1
Tarix: 30-06-2017, 23:16

 İmam Baqir (ə) nəql edir: "Münacat edən zaman Həzrət Musa (ə) Allahdan soruşur: "Allahım! Xəstəni ziyarət edənin savabı nə qədərdir?”.

Allah Təala Musaya (ə) vəhy edir: "Mən belə bir insan üçün mələyi vəzifələndirərəm ki, onu qəbrində Qiyamət gününə qədər ziyarət edər”.

Musa (ə) soruşur: "Allahım! Meyitə qüsl verənin əcri nə qədərdir?”.

Allah buyurur: "Məni onu günahlarından pak edərəm və anasından doğulduğu gün kimi olar”.

Musa (ə) deyir: "Allahım! Cənazəni müşayiət etməyin savabı nə qədərdir?”.

Allah buyurur: Mən bir neçə mələyə əmr edərəm ki, onları bayraqlarla qəbirlərindən məhşərə qədər müşayiət etsinlər”. 

Musa (ə) yenə soruşur: "Allahım! O kəs ki, müsibət görənə ürək-dirək verər və başsağlığı verər, onun savabı nə qədədir?”.

Allah buyurur: "Mən Qiyamət günü ki, Mənim kölgəmdən başqa kölgə olmaz, onu Öz kölgəmdə qərar verərəm””.

 

/Deyerler.org/

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031