Ağvalideyn olmağın 5 bəlalı təsiri
Mьəllif: admin1
Tarix: 3-06-2022, 21:59
Ağvalideyn olmağın 5 bəlalı təsiri
Muhəmməd ibni Sənan nəql edir: "Həzrət İmam Rza (ə) yazdığı məktubda mənə buyurmuşdu:

"Allah ağvalideyn olmağı və onlara itaətsizlik etməyi haram buyurmuşdur və onun sirri bir neçə şeydir:

1. Valideynə itaətsizlik edəndə, insan Allah Təalaya itaət tövfiqindən xaric olur.

2. Ağvalideyn olmaq səbəb olur ki, insan ata və anasına təzim etməsin. (Hörmət etməsin).

3. Valideynə itaətsizlik – insanı nemətə küfrdən çəkinməkdən saxlayar.

4. Ağvalideyn olmaq – nemətə şükrü məhv edər.

5. Ağvalideyn olmaq – nəslin qət olmasına səbəb olar. Bütün bunların səbəbi odur ki, övlad ata və anaya yaxşılıq etməyi tərk edər”.

Allah Təala bütün insanları bu bəladan qorusun, inşəallah.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930