Ayətullah Brucerdidən “əməllərimizi necə xalıs edək?” sualına cavab
Mьəllif: admin1
Tarix: 27-06-2022, 10:18
Ayətullah Brucerdidən “əməllərimizi necə xalıs edək?” sualına cavab
Ayətullah Brucerdi hövzənin tələbələri və elm əhlinin məhzərində İmam Səccad (ə)ın Səhifeyi Səccadiyyə əsərindəki iyirmi ikinci duanın şərhində buyurdu:

"İmam (ə) mübarək duada buyurur-Allahım Muhamməd və Ali Muhəmmədə salam və salavat göndər. Sənin rizan ücün etdiyim əməllərdə axirət rəğbətimi artır ki o əməlin dürüstlüyünə qəlbən agah olum. Mümkündür insan hər hansı xeyirli və yaxşı bir işi yerinə yetirsin.

Yəni özü özlüyündə xeyir olan bir işi yerinə yetirsin və o gördüyü işdə onun nəsibi , payı olsun. Yenə də insan bu iş üçün Allah Təaladan tofiq və inayət istəməlidir.

Sənin rizan üçün olan əməlimdə, ifadəsində məqsəd bu işin müqabilində dünya mənfəəti deyil, bəlkə bundan da mühüm bir məqsəddir. Bəzən insan xeyir bir işi görür. Məsələn bina tikdirir. Sonra istəyir ki, bu işin üstündə onun adını yazsınlar. Bu yaxşı işdir, insanlar üçün xeyirlidir. Amma xalıs deyil. Çünki İmamın (ə) duasında bu nəzərdə tutulmur.

İmam (ə) buyurur ki, zərgər kimi iş görün. Çünki zərgərlik dəqiqliyi sevir. Qızıl əriyib xalis olmadıqca iş düzgün başa gəlmir. İnsanın əməli də belə xalis olmalıdır.

Yəni İmamın (ə) dediyi kimi yalnız Allah Təala üçün olmalıdır. Allahdan qeyrisini bu əmələ ortaq etməsin. Belə olarsa duadan da göründüyü kimi axirətdə qarşılığını görər. Dünyaya aid olan işləri bura ortaq etməsin

Nəticədə insanda zöhd yaranır. Zöhd dünyada bir şeyin olması deyil, nəfsin boşluğudur. Mümkündür bir insanın dünya malından bir şeyi olmasın amma özü də zahid olmaya bilər.

Yaxud mümkündür insanın çoxlu dünya sərvəti olsun amma bununla belə həmən şəxs zahid olsun. Zöhdün mənası budur ki, insanın əlində hər nəyi var onlara bağlı olmasın. Lazım olanda bu malı, mülkü rahatlığla bir kənara qoyub Allahı seçsin.

Əsas budur ki, bağlılığ olmasın. Mala bağlılığ insanda əziyyət yaradır və ölum qorxusunu da artırır. İnsan öləcəyindən və malının dağılacağından qorxur.

Bütün bunlar hamısı zöhdü aradan aparır və insanın axirətin bərbad edir. Nəticədə özü özündə yaxşı kimi bilinən əməlin heç bir qarşılığı olmur. Onun üçün İmam (ə) buyurur ki, ilahi sənin rizana səbəb olan axirətim üçün olan əməllərdə mənə tofiq ver !”

Ayətullah Brucerdinin (r) İmamın (ə) kəliməsi ilə çatdırmaq istədiyi mətləb odur ki, təkcə gördüyün işin yaxşı olması kifayət etmir. Həm də bu işin xalis niyyəti olmalıdır.

İş mənfəət niyyəti ilə olmasın. Sırf Allah rizası üçün olarsa onda daha xalis olar. Allah Təalada bu xalis əməlin qarşılığında onu böyük mənəviyyata və axirət xeyrinə çatdırar.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930