Dəfndə iştirak edənə Allahın mükafatı
Mьəllif: admin1
Tarix: 27-06-2017, 23:45

Dəfndə iştirak edənə Allahın mükafatı

 Həzrət İbrahim (ə) Allahdan soruşur: "Sənin qorxundan göz yaşları üzünə tökülən insanın savabı nədir?”.

Allah Təala cavab verir: "Savabı Mənim onun qarşında olan rəhmət və rizvanımdır”.

İbrahim (ə) soruşur: "Allahım! O kəs ki, Səninlə görüşmək ümidi ilə qəm və qüssəyə səbir edir, onun savabı nədir?”.

Allah buyurur: "Mən belə bir insanı iman libası ilə örtərəm ki, onun vasitəsilə behişti özü üçün hazır etsin və cəhənnəm atəşindən uzaq olsun”.


İbrahim (ə) soruşur: "Allahım! O kəs ki, Sənin razılığın üçün dul qadının qəlbini əldə edər, onun savabı nədir?”.

Allah buyurur: "Mən o şəxsi Öz rəhmətim kölgəsində qərar verərəm və axirətdə də onu behiştimə daxil edərəm”.

İbrahim (ə) soruşur: "O kəs ki, Sənə xatir meyitin cənazəsini müşayiət edər, onun savabı nədir?”.

Allah buyurur: "Həmin şəxs ölən zaman mənim mələklərim onun cənazəsində namaz qılarlar və ruhuna görə şəfaət edərlər”.

 

/Deyerler.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930