DUA VƏ GƏNCLİK FÜRSƏTİ
Mьəllif: admin1
Tarix: 25-06-2017, 22:17

DUA VƏ GƏNCLİK FÜRSƏTİ

 Bəziləri duanı, ibadəti, tövbəni qocalığa saxlayır. Bu, böyük səhvdir. "Tövbə edin" deyildikdə deyirlər ki, hələ vaxt var. Birincisi, vaxtımızın olub-olmaması məlum deyil. Ölüm insana xəbərdarlıq etmir. Bütün yaşlarda ölüm ehtimalı var. Əgər fərz etsək ki, həqiqətən vaxtımız var, - yəni qocalmağımıza əmini, - kimsə elə düşünsə ki, gənclik dövrlərimizi qafilliklə, şəhvətə qərq olmaqla keçirə bilərik böyük səhv edir. Dua və tövbə halı elə bir şey deyil ki, insan nə zaman istəsə əldə edə bilsin. Bəzən biz istəyirik, amma olmur. Əhval-ruhiyyə tapmaq istəyirik, amma olmur. (O zaman ona belə deyiləcək:)"Bu, (dünyada) öz əllərinlə etdiyin günahların cəzasıdır, yoxsa Allah bəndələrinə əsla zülm edən deyil!” ("Həcc", 11) 


Özündə Allaha doğru qayıdış üçün zəmin yaratmayan şəxs, iradə etdiyi zaman Allahın qapısına gedə bilməz. Siz görürsünüz ki, bəzi pak könüllər - əksər hallarda gənclər - çox asanlıqla ünsiyyət qura bilirlər. Amma bəziləri nə qədər çalışsalar da əlaqə yarada bilmirlər. Fürsəti olanlar, öz ürəyini yumşaq saxlayanlar, qədrini bilsinlər və Allahla münasibətlərini qorusunlar ki, Allahın qapısına getmək istədikləri vaxt gedə bilsinlər. 

Ayətullah Seyid Əli Xamenei
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031