Həcci istəmək – əslində İmam Zaman ağa (ə.f) ilə görüşü istəməkdir
Mьəllif: admin1
Tarix: 22-06-2017, 23:40

Həcci istəmək – əslində İmam Zaman ağa (ə.f) ilə görüşü istəməkdir

 Hər kim həcc səfərinə hazırlaşar, yaxşı bilər ki, İmam Zaman ağa (ə.f) da həcc əməlində orada olacaqdır. O Həzrət (ə.f) də Allahın evini təvaf edəcək və Mina və Ərəfata gedəcəkdir.

Ramazan ayı elə bir müqəddəs aydır ki, dualar qəbul olar və hacətlər yerinə yetər. Ramazan ayı – həcc istəmək ayıdır. Allaha etdiyimiz dualar içərisində həccə getmək duaları da mövcuddur. Belə ki, Şeyx Abbas Quminin "Məfatih” kitabında ilk verdiyi dua – həcc istəmək duası olmuşdur. اللهم ارزقنی حجّ بیتک الحرام فی عامی هذا و فی کل عام ما ابقیتنی فی یسرٍ منک و عافیةٍ و سعة رزق...أن تکتبنی من حجاج بیتک الحرام المبرور حجهم المشکور سعیهم..

 

Ramazan ayının ibadəti ilə həcc ibadətinin fərqi ondadır ki, həcc mərasimində xüsusi zaman var və xüsusi zamanda xüsusi insanlar iştirak edərlər. Sonra da hacı olarlar. Ancaq Ramazan ayı ümumi bir aydır və hamıya şamil edilir. Məkanının sərhədləri yoxdur. Necə ki, bu ayda edilən duaların da həddi və sərhədi yoxdur. İnsan bu müqəddəs ayda ən böyük arzularını Allahdan istəyər və yerinə yetməsinə əminliyi olar. 

Mömin səhər çağı etdiyi dualarında azla qane olmaz, Allahdan ən böyük arzularını istəyər. İnsan bu aya məxsus dualarda dua etmək mədəniyyətini öyrənər. Bilər ki, hər gün qəbir əhli üçün, yoxsullar üçün, aclar üçün, əsirlər üçün dua etməlidir.

İnsanda dua ruhunun inkişaf etməsi İmam Zaman ağa (ə.f) ilə görüşə hazırlıq müqəddiməsi olar. İnsan bu ayın dualarını edərək, özünü zühur zamanı üçün hazır edər. Axı zühurdan sonra bütün Yer üzü ədalət libasına bürünəcəkdir. Rəhmət Peyğəmbəri (s) buyurur: "Qiyamət bərpa olmaz o zamana qədər ki, yer üzü zülmlə dolmasın. O zaman mənim nəslimdən olan bir kişi qiyam edər və Yer üzünü ədalətlə doldurar”.

Ona görə də həqiqi intizar sahibləri gərək öz həyat tərzi və duaları ilə zühur zamanı üçün təmrin etsinlər. Ramazan ayı bu təmrin üçün ən yaxşı fürsətdir.

Qüds günü elə bir beynəlxalq gündür ki, həmin gündə insanlar zülmə qarşı çıxar və ədalətin bərpa olmasını istəyərlər. Baxmayaraq ki, Fələstin xalqına aid edilmişdir, ancaq əslində bütün məzlum insanlara şamil edilir. Bu gündə həqiqi intizar çəkənlər İmamları (ə.f) ilə həmdərd olub, zülmə qarşı səslərini ucaldarlar. Oruc dilləri ilə ədalət şüarları verərlər.

Arxada qoyduğumuz Qüds günündə İmama (ə.f) təvəssül etdik və onu vasitə qərar verib, Allahdan Yer üzünün bütün məzlumlarına nəzər salmasını istədik. Allahdan hər zaman istəyək ki, o Həzrətin (ə.f) vasitəsilə bizi dünya və axirət arzularımıza çatdırsın və onun vasitəsilə istəkdiklərimizdən çoxunu bizə əta etsin. Yer üzündə hakim olan zülm və ədalətsizliyi zühur müjdəsi ilə aradan qaldırsın. Amin!

 

/Deyerler.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930