İnsanlarla cinlərin oxşar və fərqli cəhətləri
Mьəllif: admin1
Tarix: 20-06-2017, 22:18

 Cin Allahın xəlq etdiyi gözə görünməyən varlıqlardır ki, onlar da insan kimi şüura və dini təklifə malikdirlər. Onların da möminləri və kafirləri vardır. Cinlə insan arasında olan oxşar və fərqli cəhətlərə diqqət edək:

1. Cin şüura malik olan bir varlıqdır. Dinin nəzərinə görə insandan alçaq və heyvandan üstündür. Cinlər bizim hiss orqanlarımızdan gizlidirlər.

2. Cin insanın nəzərinə görə fövqəladə bir varlıqdır. Cinin əsil varlığını təşkil edən maddə - atəşdir. Onun tərkibində torpaq olmadığı Üçün, hansı şəklə istəsə çevrilə bilir. Cinlər bir şeyi çox sürətlə yerbəyer etmək qabiliyyətinə malikdirlər.

3. Cin hər bir məkan və şəraitdə yaşamağı bacarır. Ona görə də onun məskənə və evə ehtiyacı yoxdur. Çünki isti, soyuq, külək ona təsir etməz. Cinlər daşıma vasitələrinə ehtiyac duymurlar. Onların şəhərləri və texnologiyaları yoxdur. Onların ən çox yaşadığı məkanlar – meşələr, dağlar və dərələrdir.

4. Cin başqa varlıqlar kimi yemək yeyir, ancaq insandan daha az.

5. Cinlər də insan kimi dişi və erkəyə malikdirlər. Onlar da nəsil verir və cəm halında yaşayırlar.

6. Cinlər insana nisbətdə daha uzun ömür sürürlər. Təxminən 1000 il və daha çox. Cinlər də insanlar kimi alim və nadan, rəhbər və itaət edən, ağa və qul, kafir və mömin, saleh və şər cinlər olurlar. Onlar ölən kimi aradan gedirlər və ona görə də qəbrə ehtiyacları yoxdur. (Beytutə saytı)

7. Cinlərin ağlı vardır. Ancaq onların ağlı insandan fərqlənir. Nəyisə ixtira edən və ya fəlsəfi bir ağıl deyildir. Sadəcə gündəlik işlərini dərk edərlər.

8. Cinlər də insan kimi ada malikdirlər. Onların da adətləri və şöhrətləri vardır. Özlərinə məxsus dilləri vardır. İnsan dilini başa düşürlər.

Onlar adi halda insana ziyan vura bilmirlər. Ancaq əgər onlara ziyan vurularsa, intiqam alandırlar. Cinlərə ziyan vurmamaq üçün qapının astanasına gedəndə, hamama gedəndə, yerə qaynar su tökəndə, quyu başında "Bismilləhir-Rahmənir-Rahim” sözünü çox istifadə etmək lazımdır.

 

/Deyerler.org/

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031