Dil orucu, qarın orucu, yoxsa qəlb orucu?!
Mьəllif: admin1
Tarix: 20-06-2017, 22:12

 Oruc, məlum olan bütün ilahi dinlərdə müxtəlif formalarda da olsa bizə təkidlə buyurulmuş əməllərdəndir. Müxtəlif formada ona görə deyirik ki, hazırda yer üzində olan ilahi dinlərdə olan oruclar müxtəlif cürdür. Amma Qurani Kərimə əsasən bizdən qabaq kı ümmətlərə vacib olub. 


Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (Bəqərə-183)

İstər islami olsun, istər qeyri islami olsun bütün orucları birləşdrən cəhət vardır. Bu da bir Allahın əmrinin olmasıdır. İstər yeyib içməkdən çəkinməklə olsun, istər orucu pozan başqa işlərdən.

Ümumiyyətlə oruc deyəndə insanın zehninə gələn ilk şey çəkinmək, pəhriz etməkdir. Bu çəkinməyi və pəhrizi Həzrəti Əli(ə) öz qısa kəlamında necədə gözəl ifadə etmişdir! və demək olar ki, Əli (ə) oruc kəlməsini insanın əsas mənəvi mərkəz nöqtələri ilə elə əlaqələndirmiş ki, oruc insanın bütün bədəninə sirayət edir. 

İmam (ə) buyurur: Qəlb orucu dil orucundan xeyirlidir. Dil orucu qarın orucundan xeyirlidir (Ğururur-Hikəm.S-176)

İmam (ə) burada qəlb, dil və qarını önə çəkir. Hansı kı bunlar insanın əsas orqanlarındandır. İnsan bunlara nəzarət edə bilsə, büs-bütününə nəzarət etmiş olur. Dil orucu insanı yalnız yalan, qeybət və töhmət kimi bəlalardan qoruduğu halda və qarın orucu insanı yalnız haram tikədən qoruduğu halda qəlb orucu insanı bütün bu günahlardan qorumağa qadirdi.

Y.Nuriyev
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031