Qədr surəsində adı çəkilən Ruh kimdir?
Mьəllif: admin1
Tarix: 22-04-2022, 14:12
Qədr surəsində adı çəkilən Ruh kimdir?
Quranda ruh sözü 21 dəfə istifadə edilmişdir. Bu ayələrdə ruhun müxtəlif mənaları olmuşdur ki, onlara işarə edək:

1. İnsan bədəninə üfürülən ruh. "Sonra onun (bədən) üzvlərini (ananın bətnində) kamil etdi və ona Öz ruhundan üfürdü”. ("Səcdə” 9).

2. Vəhy mənasında. "O, Ruhu (Ruh mələyini) Öz əmri ilə bəndələrindən istədiyinə (peyğəmbərlərə) göndərir ki, (insanları) qovuşma günü ilə (Bərzəx ruhlarının Məhşər bədənlərinə, bütün dirilənlərin Allaha, insan, mələk, cin və şeytanların bir-birlərinə və Allah qarşısında cavabdehlik daşıyan hər bir kəsin öz əməllərinin cəzasına qovuşacağı gün ilə) qorxutsun”. ("Ğafir” 15).

3. Quran mənasında. "Və beləcə (bu üç yolla) sənə Öz əmrimizdən bir ruh (Öz fərmanımızdan qaynaqlanan Qur’an və dini təlimlər) vəhy etdik”. ("Şura” 52).

4. Ruhul-Qudus mənasında. "Məryəm oğlu İsaya aydın dəlillər əta etdik və onu Ruhul-Qudusla qüvvətləndirdik”. ("Bəqərə” 87).

5. Mələklərin ən böyüyü mənasında. "O gecə mələklər və Ruh (Cəbrail, ya mələklərdən olmayan başqa bir şərəfli varlıq) Rəbbinin izni ilə (həmin gecədən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir iş(in təqdir, tənzim və sabit edilməsin)dən ötrü yerə enər”. ("Qədr” 4).

Hər bir halda ruh Allahın yaratdığı bir varlıqdır ki, səma məxluqlarındandır və onu ancaq Allah Təala tanıyır.

İmam Sadiqə (ə) ruhla bağlı sual verirlər: "Ruh həmin Cəbrayildirmi?”. İmam (ə) buyurur: "Ruh – mələkdir ki, Cəbrayildən (ə) böyükdür. Cəbrayil (ə) – mələklərdəndir, ancaq Ruh mələklərdən daha böyükdür.

Həqiqətdə Ruh – ən böyük mələkdir. Səbəbi də budur ki, Qədr surəsində mələk və Ruh ayrı bəyan olunmuşdur. Ona görə də mələk Ruhdan fərqlənir. Ruh – həmin Cəbrayil (ə) deyildir”.

Beləlklə deyə bilərik ki, Ruh – elə bir böyük mələkdir ki, mələklərdən sayılmır və Cəbrayildən (ə) çox böyükdür. Qədr gecəsində onun xüsusi vəzifəsi vardır. Qədr gecəsinin ən böyük mələyi hesab olunur.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031