Möminin izzəti və şərafəti nədədir? – Cəbrayilin (ə) Həzrət Peyğəmbərə (s) tövsiyələrindən
Mьəllif: admin1
Tarix: 12-06-2017, 10:13

 Din alimlərinin ən çox dəyər verdiyi ibadətlərdən biri də gecə namazıdır. Gecə namazı – insanın həm dünyasını və həm də axirətini abad edən əməllərdəndir.

Hədislərin birində oxuyuruq ki, Cəbrayil (ə) Peyğəmbərə (s) bu mövzuda tövsiyələr verir. Həzrət Peyğəmbər (s) buyurur: "Cəbrayil (ə) mənə buyurdu: "Ey Muhəmməd (s)! Hər nə qədər istəyirsənsə yaşa, aqibətin ölümlü olmaqdır. Heç kəs üçün cavidan ömür yoxdur.

Hər kimi ürəyin istəyir sev, ancaq bunu da bil ki, ondan ayrılacaqsan.

Hər nəyə əməl etmək istəyirsənsə, et. Ancaq bunu da bil ki, sən öz əməlinə çatacaqsan. Öz əməlinlə bir zaman görüşəcəksən.

Möminin şərafəti o namazdadır ki, gecə qılar. Möminin izzəti ondadır ki, əziyyəti heç bir insana çatmasın””.

Cəbrayil (ə) buyurur ki, hər nə qədər bu dünyada çox yaşamaq istəsən də, yenə də aqibətin ölümdür və bu həqiqətdən heç kəs qaça bilməyib. Ona görə də ölümü yaddan çıxartma.

Əgər kimisə sevmək istəyirsənsə - sev, ancaq onu bil ki, sevdiyin bu insan cavidan deyildir və bir gün səni tərk edəcəkdir. Özünü həmin gün üçün hazır et.

Əməllərin sənin aqibətini həll edəcəkdir. Bir gün həmin əməllərin nəticəsinə çatacaqsan. Ona görə də elə əməllər yerinə yetir ki, bir gün səni həsrətə düçar etməsin.

Möminin izzəti onun başqaları üçün əmin-amanlıq nişanəsi olmasındadır. Mömin gərək başqalarına əziyyət verməsin.

Möminin şərafəti – gecə qıldığı namazdadır. Gecə namazı haqqında İmam Sadiq (ə) buyurur: "O evdə ki, gecə namazı üçün oyanarlar və Quran tilavət olunar – səma əhli üçün elə parlayar ki, ulduzlar insanlar üçün o cür parlayır”.

Bir nəfər Əmirəl-möminin (ə) yanına gəlir və deyir: "Ya Əmirəl-möminin! Mən gecə namazından məhrum olmuşam”. İmam buyurur: "Sən o insansan ki, günahların səni əsir etmişdir”.

Həzrət Peyğəmbər (s) buyurur: "Gecə namazı Allahın razılığına, mələklərin sevgisinə səbəb olar. Peyğəmbərlərin (ə) sünnətidir, mərifət nuru, imanın kökü, bədənlərin rahatlığı, şeytanın narahatlıq mənbəyi, düşmənlərin əleyhinə olan silah, duanın yerinə yetmə mənbəyi, əməllərin qəbul olması və ruzinin bərəkətidir”.

 

/Deyerler.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930