Cinin qardaşlıq etməsi
Mьəllif: admin1
Tarix: 10-06-2017, 20:11

 İmam Baqir (ə) nəql edir: "Bir dəstə müsəlman səfərə çıxmaq niyyətilə öz diyarlarından hərəkət edirlər və (bir müddət sonra) yolu itirirlər. Kəskin susuzluq onlara hakim olur.

Təyəmmüm edib ağacın altına pənah aparırlar. Bu zaman əyninə ağ paltar geyinən bir qoca gəlir və deyir: "Yerinizdən qalxın ki, bu su (sizin ixtiyarınızdadır)”.

Yerlərindən qalxıb suyu içirlər və sirab olurlar. Deyirlər: "Allah sənə rəhmət etsin, sən kimsən?”.

Deyir: "Mən cinlərdənəm ki, Peyğəmbər (s) ilə beyət etmişdim. Peyğəmbərdən (s) eşitmişdim ki, buyurub: "Mömin, möminin qardaşıdır. Onun gözü və yolu olar”. Siz mənim yardımımla yolu itirməyəcəksiniz”. 


Allah Təala cəmi möminləri bir-birlərinə qardaş qərar versin.

 

/Deyerler.org/

 

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031