Oruc tutan şəxs hansı halda dərman və iynədən istifadə edə bilər?
Mьəllif: admin1
Tarix: 8-04-2024, 10:39
Oruc tutan şəxs hansı halda dərman və iynədən istifadə edə bilər?
Məlumdur, ki oruc tutan şəxs yemək və içmək kimi işlərdən uzaq olmalıdır. Yəni boğazdan hecnə keçməməlidir. İnsan heçnə udmamalıdır.

Amma insanın xəstələnməsi, kəskin ağrılar hiss eləməsi qaçılmazdır. Bu hallarda oruc tutan nə etməlidir? Hansı hallarda iynə və dərmanlardan istifadə edə bilər?

Alimlərin yekdil rəyi budur ki, nə olmasından asılı olmayaraq boğazdan keçən hər bir şey orucu pozur. Səhhətinin icazə verdiyi qədər gündüz dərmanlardan istifadə etməsin. İnsan mümkün qədər səy etsin ki orucunu pozmasın. Məcbur olub istifadə edərsə artıq orucunu pozmuş olur.

Ağrı kəsiçi və müalicəvi iynələrdən istifadə olunmasına gəlincə, ümumi rəy budur ki, bu iynələrdən istifadə etməyin hec bir maneəsi yoxdur.

Amma qida əvəz edici və qüvvətləndirici iynələrə gəlincə isə icazə verilmir. Yalnız Ayətullah Cavad Təbrizi və Ayətullah Sistani quvvətləndirici iynə və sistemlərdən istifadə etməyin icazəli olduğunu bildirib.


Qeyd; Ayətullah Sistani təng-nəfəslik əleyhinə istifadə olunan aspiratordan istifadə olunmasını icazəli bilir. Bir şərtlə ki qabarcıqlar ağ ciyərə getsin.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031