MÜTTƏQİNİN XÜSUSİYYƏTLƏRİ
Mьəllif: admin1
Tarix: 29-05-2017, 18:18

 Həzrət Əli (ə) bir abidə müttəqi insanın sifətlərini belə tanıtdırır: 


-Onlar doğru danışar, orta dəyərli geyinər, təvazö ilə yol gedərlər;
-Harama göz yumar, faydalı elmi dinləyər, bəlanı rahatlıqla qarşılayarlar;
-Allahı böyük, ondan qeyrilərini kiçik bilər, behit nemətlərinə və cəhənnəm və oduna onları görən adam kimi yanaşarlar;
-Qəlbləri qəmgin olar, başqalarının şərindən amanda qalarlar; bədənləri arıq, istəkləri az, nəfsləri tox olar; 
-Gündəlik namaza durar, Quran ayələrini düşüncə ilə oxuyarlar, Quran onları qəmləndirər, dərdlərinə Quranda dəva axtararlar...;
-Az əməldən razı qalmaz, nəfslərini danlayar, əməllərinə görə qorxarlar; tərif olunduqda qorxar, "mən özümü başqalarından daha yaxşı tınıyıram, Allah məndən də yaxşı tanıyır” deyər;
-Dini işlərdə güclü, adi vaxt uzaqgörən, yəqinlikdə möhkəm, elmə həris, ibadətdə müti, çətinlikdə dözümlü, halal ruzi üçün çalışqan, tamahdan uzaq olarlar; 
-Onlardan xalq yaxşılıq gözləyər, onların şərindən hamı amandadır, söyüş söyməz, aram danaşarlar; 
-Həqiqəti şahidsiz etiraf edər, kimsəni pis ləqəblə çağırmaz, xalqa gələn bəlaya sevinməz...
 
 

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031