Cəhənnəm itlərinin “qidası”, Ramazanda bu “qida” ilə orucumuzu batil etməyək!
Mьəllif: admin1
Tarix: 19-03-2024, 21:58
Cəhənnəm itlərinin “qidası”, Ramazanda bu “qida” ilə orucumuzu batil etməyək!
Qeybət etmək orada olmayan haqqında pis danışmaq deməkdir. Yəni haqqında danışılan kəs orda olmasın. Əgər orada olsa eşitdiklərindən narahat olar.

Fərqi yoxdur deyilən yalan olsun, yaxud doğru olsun. Hətta əxlaq alimləri deyir ki, əgər deyilən yalandırsa o zaman həm qeybət, həm də böhtan olur. Ümumiyyətlə qeybəti başqasının eyiblərini aşkar etmək və yaymaq mənasında da təhlil edirlər.

Başqasının qeybətini etmək, onun sırf özünə aid olan məsələləri danışmaq, yaymaq, həmin adamın pisinə çalışmaq kimidir.

Qurani Kərim də qeybəti pısləmiş, o şəxsi murdar leş yeyənə bənzətmişdir;

Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın!

Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir! (Hucurar-12)

Məlumdur ki, qida insan mənəviyyatına ən boyük təsir edən amillərdəndir. Nəcasəti yemək haramdır və haramın qoyduğu təsirlərin də mənfi olması qaçılmazdır.

Əti, qanı haramla yoğrulmuş kəsin təbii ki, əməlləri də ozü kimi murdardır. İmam Hüseyn (ə) qeybət əhlini və bu kimi günahlarla özünü formalaşdırmış kəslər üçün buyurur:

"Ey filan kəs! Qeybətdən çəkin ! Çünki qeybətkar cəhənnəm itlərinin yeməyidir.”

Həqiqətən qeybət ictimai bəladır. Fitnə və fəsada rəvac verən amillərdəndir.Qarşıda gələn Ramazanda belə qidalarla orucumuzu batil etməyək!

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930