Cəhənnəm gözətçilərinin sayı niyə bu rəqəmdir?
Mьəllif: admin1
Tarix: 26-05-2017, 14:30

Cəhənnəm gözətçilərinin sayı niyə bu rəqəmdir?

 "Onun üstündə on doqquz (nəfər, ya dəstə gözətçi) qoyulub”. ("Muddəssir” 30).

Bu ayədə cəhənnəmə gözətçilik edən mələklərdən bəhs olunur. Bəs niyə 19 nəfər?

Allah Təbarəkə və Təala bu surənin əvvəlki ayələrində Qiyamət gününə işarə edərək, onun əlamətlərindən danışmışdır. Cəhənnəmi Səqr adlandırıb, ona gözətçilik edən 19 mələkdən söz açmışdır. Allah sonrakı ayədə bu rəqəmin hikmətini belə bəyan etmişdir.

"Və Biz (Cəhənnəm) odun(un) məmurlarını yalnız mələklərdən etdik. Biz onların sayını ancaq kafirlərin imtahana çəkilməsi üçün (on doqquz) etdik ki, özlərinə kitab verilmiş kəslər (yəhudilər və məsihilər Qur’anın öz kitabları ilə uyğun gəlməsini görüb) yəqinlik hasil etsin, möminlərin imanı daha da artsın, kitab əhli və möminlər şəkk-şübhə etməsinlər, digər tərəfdən də qəlblərində (şəkk) xəstəliyi olanlar və bir də kafirlər desinlər: «Allah bu məsəllə (Cəhənnəm məmurlarının sayını deməklə) nə demək istəmişdir? (Heç ola bilərmi ki, yalnız on doqquz nəfər Cəhənnəmin saysız-hesabsız əhlinin yerləşdiyi geniş bir mühiti idarə etsin?!) Beləcə Allah istədiyi kəsi (dəlil-sübutların təqdim edilib tamamlanmasından və onun qəbul etməməsindən sonra) azğınlıqda buraxar və istədiyi kəsi də (dini qəbul təqdim edilib tamamlanmasından və onun qəbul etməməsindən sonra) azğınlıqda buraxar və istədiyi kəsi də (dini qəbul etdikdən sonra başqa kamallara doğru) hidayət edər. Rəbbinin ordularını(n sayını) Özündən başqa heç kim bilməz. Bu (Qur’an ayələri) bəşər üçün yalnız bir xatırlatma (öyüd-nəsihət) vasitəsidir”. ("Muddəssir” 31).

Bu ayədəki hikmətlərə nəzər salaq:

1. Kafirlərin imtahanı. Bu imtahan ikitərəfli olmuşdur. Biri budur ki, bu ədədi bəyan etmək səbəb olar ki, kafirlər İlahi ayələri faydasız və dəyərsiz hesab etsinlər. İkincisi isə mələklərin sayını az bilsinlər və özlərini onlarla mübarizə etməyə qadir hesab etsinlər. Ona görə də kafirlər deyirlər ki, biz hər bir mələyin qarşısında öz on kişimizi qərar verərik ki, onunla mübarizə aparsınlar. Halbuki, bu İlahi mələklər o qədər qüdrətlidir ki, təkbaşına bir qövmü məhv edib həlak edə bilər.

2. Kitab əhlini yəqinə çatdırmaq. Cəhənnəm məmurlarının sayını bəyan etmək səbəb olar ki, kitab əhli Peyğəmbərin (s) və İslam dininin haqq olduğuna yəqinlik əldə etsinlər. Çünki onların da kitabında məhz bu saya işarə edilmişdir.

3. Müsəlmanların imanını gücləndirər. Mələklərin sayının bəyan edilməsi səbəb olar ki, müsəlmanların dinə olan inamı güclənsin.

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə deyilir ki, cəhənnəm mələklərinin sayının bu qədər bəyan edilməsinin sirri odur ki, "Bismilləhir-Rahmənir-Rahim sözündə də 19 hərf (samitlər) vardır. Həzrət (s) buyurur: "Hər kim Allahın onu cəhənnəm mələklərindən nicat verməsini istəyirsə, "Bismilləhir-Rahmənir-Rahim”i qiraət etsin. Belə ki, onun hər bir hərfi hər bir atəş məmuru qarşısında qalxan olar”.

Əslində bu rəqəm – Allahın sonsuz rəhmətinin əlamətidir.

 

/Deyerler.org/

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031