İmsakda bunları yesəniz, iftara qədər acmazsınız - SİYAHI
Mьəllif: admin1
Tarix: 27-03-2023, 10:21
İmsakda bunları yesəniz, iftara qədər acmazsınız - SİYAHI
Ramazanda imsak yeməyi vacibdir. Çünki bütün gün boyu imsakda yeyilən yeməklər həzm edilir. İlk növbədə mədənin boşalma müddətini uzadaraq acma hissini gecikdirdiyi üçün zülal tərkibi çox olan qidalara üstünlük verilməlidir. Eyni zamanda, toxluq hissi də təmin edən bu qidalar imsakda unudulmamalıdır.

Əvvəlcə qeyd edək ki, maddələr mübadiləmiz gecə yavaşladığı üçün həmin vaxt yeyilən yeməklər bədənin yağlanmasını artırır. Bu vəziyyətin qarşısını almaq üçün imsakda heç yeməməkdənsə, heç olmasa südlü şorbalar içə bilərsiniz.

Ağ çörək yerinə tam buğda çörəyinə üstünlük verin. Onlar həm daha çox tox tutarlar, həm də B qrupu vitaminlərlə zəngindirlər. Aile.lent.az imsakda yeyilməsi vacib olan qidalardan bəhs edir.

Süd: Biri iftarla imsak arasında, biri imsakda olmaqla hər gün 2 stəkan süd içilməlidir. Süd əhəmiyyətli kalsium və D vitamini qaynağı olması ilə yanaşı, tox tutaraq aclıq hissini öldürür.

Yumurta: Mütəxəssislər ən keyfiyyətli zülal olması, uzunmüddətli doyma hissi təmin etməsi səbəbindən Ramazan ayında imsak süfrələrində yumurtanın olmasını vacib hesab edirlər. Səhər yeməyində yumurta yeyənlərdə gün ərzində iştah səviyyəsi daha aşağı olur.

Meyvə: İmsakda bolluca meyvə yeyin. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, triptofan aminoasidi çox olan qidalar iştahı azaldır. Banan, avokado, yulaf və süd triptofan baxımından zəngin qidalardır.

Noxud, fıstıq, paxla kimi albumin baxımından zəngin qidaları da yeməklə iştahınızı azalda bilərsiniz. Meyvələr də təbii şəkər qaynağıdır. İmsakda yeyilən 2-3 boşqab meyvə sizi gün ərzində rahatlaşdıracaq. Qan şəkərində sürətli eniş-çıxışlar aclıq hissinin meydana gəlməsində ən əhəmiyyətli faktorlardan biridir.

Qoz: Yağlı toxumlar qidaların mədədən keçmə sürətini yavaşlatdığı üçün toxluğun uzanmasına səbəb olur. Buna görə də imsakda qoz və fındıq kimi yağlı toxumlar yeyə bilərsiniz.

Ramazanda ana yeməyin yanında bol mövsüm yaşılları da vacibdir. Bununla yanaşı, yaşıl lobyanı da ana yemək olaraq bişirə bilərsiniz.

Hər imsakda ən az 60 qrama qədər pendir yeməyə çalışın.

Yaşıl çay: Yorğunluğu aradan qaldırır və beyin funksiyaları üzərində müsbət təsirlərə malikdir. Yaşıl çay çəkinin idarə olunması baxımından da bir çox üstünlüklərə malikdir və bədən yağını azaltmaqda əhəmiyyətli rol oynayır.

Yaşıl çay içmək ürəyin endotel funksiyanın yüksəldilməsində də təsirlidir. Hər hansı bir sağlamlıq probleminiz yoxdursa, Ramazanda gündə 2-3 fincan yaşıl çay içərək, ürəyinizi və bədəninizi xoşbəxt edə bilərsiniz.

Kefir: Həzmi asanlaşdıran və qidalandırıcı bir içkidir. Eynilə qatıq kimi həzm sisteminin dəstəklənməsinə yardım edir. Qatıqdan daha çox olan probiotik tərkibi ilə bağırsaqlardakı xoşməramlı xüsusiyyətli bakteriyaların artmasına kömək olur, pis xasiyyətli bakteriyaların yerləşməsinin qarşısını alır.

Tərəvəz: Bol tərəvəzi də imsaka saxlayın. Çünki bol tərəvəz vitamin, mineral ehtiyacını qarşılaması baxımından əhəmiyyət daşıyar.

Darçın: Darçın insulinin qalxmasına mane olur, aclığa son qoyur. Ramazanda qan şəkərində problem yaranmasını və xolesterol səviyyəsinin aşağı düşməsini istəmirsinizsə, hər gün bir çay qaşığı qədər darçın yeyin.

Çörəkotu: Bir çox faydası ilə yanaşı, doyma hissi yaradır. İmsakda yediyiniz yeməklər və salatlara, qatığa əlavə olunacaq çörəkotu doyma hissi və gümrahlıq də yaradır.
(lent.az) /

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031