Yerin varisləri gərək bu 2 xüsusiyyətə malik olsunlar
Mьəllif: admin1
Tarix: 25-05-2017, 15:37

 "(Gözəl) aqibət pərhizkarlarındır». ("Əraf” 128).

"(Gözəl) aqibət təqvaya məxsusdur”. ("Taha” 132).

Quranda oxuyuruq: "Həqiqətən Biz (Lövhi-Məhfuzdan sonra bütün səma kitablarında), Zikrdən (Musanın Tövratından) sonra (Davudun) Zəbur(un)da (və bu kitabların hamısından sonra Qur’anda) yazdıq və qərara aldıq ki, bu yerin varisi (sahibi, hakimi və bərəkətlərindən tam istifadə edən) Mənim saleh bəndələrim olacaqlar”. ("Ənbiya” 105).

Bu ayədən göründüyü kimi, yerin varislərinin iki sifəti olmalıdır: biri Allah bəndəsi olmaqdır ki, həmin təqvadır. O birisi səlahiyyətdir ki, layəqətin, rəhbərlik bacarığının olmasını zəruri edir. Ona görə də təqvalılar üçün xoş aqibət ayələrini gərək bu ayə ilə birlikdə mənalandıraq. Nə zaman bu şeyi İslam dininə aid etmək istəsək, gərək Quran ayələri və hədislərə əsaslanaraq bu işi görək. 

Çünki əks halda Quranın buyurduğu kimi, Allah eləməmiş, kafirlərdən olarıq: "Əlbəttə, Allaha və Onun peyğəmbərlərinə kafir olan, Allahla Onun peyğəmbərləri arasında (peyğəmbərlərin haqq olmaları və onlara etiqad bəslənilməsi baxımından) ayrılıq salmaq istəyən, «biz bəzilərinə iman gətirir, bəzilərinə isə kafir oluruq» deyən və onların (hamısına iman gətirməklə hamısına kafir olmaq)arasında bir yol tutmaq istəyən kəslər – onlar əslində həmin (əsil) kafirlərdir”. ("Nisa” 150-151).

Biz həkimə gedən zaman əgər onun verdiyi dərmanların bəzisinə əməl edib və bəzisinə etməsək, sağalmarıq. Ola bilsin ki, bəlkə halımız daha da pisləşsin. İslam dini də o cürdür. Əgər onun vasitəsilə nicat tapanlardan olmaq istəyiriksə, gərək həm Qurana və həm də sünnətə əməl edək.

 

/Deyerler.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930