Necə ola bilir ki, mömin atadan kafir, kafir atadan mömin övlad dünyaya gəlir?
Mьəllif: admin1
Tarix: 10-05-2020, 21:00
Necə ola bilir ki, mömin atadan kafir, kafir atadan mömin övlad dünyaya gəlir?
Hər bir övlad öz ata və anasının genini miras aparar. Əgər yaxşı insanlardırsa, bu, həmin uşağın batinini səfalı edər. Bundan əlavə, nütfənin formalaşmasına təsir edən başqa amillər də mövcuddur.

Hədislərimizin buyurduğuna görə, bu amillərə yeyilən haram tikə, günah fikrində olmaq, hansısa pis şəraitdə qərar tutmaq təsir göstərə bilir.

Misal üçün, müharibə zonasında yaşayan insanların arasında şikəst uşaqlara daha çox rast gəlmək olur. Çünki nütfə formalaşan zaman səsin və qorxunun çox təsiri vardır.

Hədislərimiz bizə məsləhət görür ki, tufan baş verən zaman, Günəş və Ay tutulmalarında övlad sahibi olmaqdan çəkinək.

Bu amilləri nəzərə alsaq, həqiqətən də bəzi ailələrdə görmək olur ki, uşağın biri çox yaxşı sifətlərə malikdir, lakin o birində rəzil sifətlər özünü göstərir.

Genləri pis olan bir uşağın gözəl sifətlərə malik olmasına təsir qoyan xarici amillər mövcuddur. Əgər bu amillər düzgün zamanda ona təsir qoya bilərsə, bu uşağın batinini saflaşdıra bilər.

Yezidin (lən) oğlu kimi. Ondan pis genə kim malik ola bilərdi ki?! Babası, atası, ulu babaları – hamısı müşrik, münafiq və kafir idilər. Yezid cəhənnəmə vasil olandan sonra oğlu Müaviyyə ibn Yezid xilafətdən imtina etdi.

İnsanlar ona beyət etmək üçün gələn zaman demişdi: "Ey insanlar! Atamın babası Əbu Süfyandır, Peyğəmbər (s) ilə pis rəftar edirdi və əməllərinə giriftar oldu. Mənim babam Müaviyyə Allahın ən üstün xəlqi olan Əli ibn Əbitalibə (ə) qarşı çıxdı və indi əməllərinə giriftardır. Atam Yezid də bu xəyanəti etdi”.

Sonra ağlayıb dedi: "Bu xilafəti istəmirəm. Özümü bu işdən azad edirəm. Hər nə etdilərsə qəbul etmədi. Sonra dedi: "Əgər bu xilafət qənimətdirsə - artıq bəsdir. Əgər zərərdirsə, yenə bəsdir”.

Evinə qayıdan zaman anası ona deyir: "Ey kaş səni dünyaya gətirməyəydim”. O, cavabında deyir: "Ey kaş dünyaya gəlməyəydim, atam Yezid və anam da sən olmayaydın”. Deyilənə görə bu hadisədən qırx gün sonra qəm və qüssəsinə görə dünyasını dəyişir. Qəbri Şam şəhərindədir.

Tədqiq etdilər ki, Yezidin (lən) oğlu necə ola bilər ki, belə olmuşdur? Məlum oldu ki, onun müəllimi Əbu Ömər – Əhli-Beyt (ə) davamçısı olmuşdur. Ona bu haqq inancı məhz müəllimi təlqin etmişdir. Ona görə də bu müəllimi tutub diri-diri torpağa basdırdılar.

Deməli, insanın genləri nə qədər pis olursa-olsun, bir müəllim əgər vaxtında müsbət təsir göstərərsə, onu dəyişdirə bilər.

İnsanın dəyişməsinə təsir göstərən başqa amillər yaxşı dost və rəfiqdir.

Hacı Səbzivari buyurur: "Feil (iş) – Allahın feilidir. Ancaq bizim də feilimiz vardır. Bu, elektrik cərəyanına bənzəyir ki, hər otaqda şəbəkə yeri vardır.

Nə zaman şəbəkəyə bassaq, yanar və sönər. Əgər elektrik yoxdursa və ya qoşulmayıbsa, bu şəbəkəni yüz dəfə də yandırsan da, yanmaz.

Ancaq əgər elektrik vardırsa, bu, bizik ki, həmin şəbəkəni yandırırıq. Onu yandırmaq bizim ixtiyarımızdadır. Onu yandıra da bilərik, söndürə də”.

Nəhayət deyə bilərik ki, bir ailədə dünyaya gələn uşaqların fərqli olmasına bir çox amillər təsir göstərir. O cümlədən qida, səs-küy, şərait, savaba can atmaq, günahı düşünmək, niyyət, zənn, dost, müəllim və s.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930