Qeyb zamanında Əhli-Beyt (ə) davamçılarının 12 mühüm vəzifəsi
Mьəllif: admin1
Tarix: 27-05-2021, 10:39
Qeyb zamanında Əhli-Beyt (ə) davamçılarının 12 mühüm vəzifəsi
Qeyb zamanında Əhli-Beyt (ə) davamçılarının ən mühüm vəzifələrinə işarə edək:

1. İmam Zaman ağanın (ə.f) fərəcinin tezləşməsinə görə dua etmək. İmam Sadiq (ə) Zərarəyə bir dua öyrədir və buyurur: "Əgər qeyb zamanını dərk etsən, belə dua et:

اللهم عرفنی نفسک فإنک إن لم تعرفنی نفسک لم

أعرف نبیک. اللهم عرفنی رسولک فإنک إن لم تعرفنی رسولک لم أعرف حجتک.
اللهم عرفنی حجتک فإنک إن لم تعرفنی حجتک ضللت عن دینی»


2. İmamı (ə.f) tanımaq, sünnəti ilə yaxından tanış olmaq. Təbiidir ki, həqiqi müntəzir gərək aşiqi olduğu İmamın (ə.f) hansı xüsusiyyətlərə malik olduğunu bilsin və hansı sünnətlərə malik olduğundan agah olsun. (Tebyan)

3. Hər bir sahədə ədəbə riayət etmək. İlahi hüccət olan İmam Zaman ağanın (ə.f) adı mübarəkdir və yada salınması - əzizdir. O, məxluqlar arasında Allahın görən gözüdür. Həzrətə (ə.f) qarşı ədəbə riayət etmək – ən mühüm məsələlərdəndir.

4. Həzrətə (ə.f) olan eşqi bəyan etmək. Mərhum Seyyid Əbdülkərim Kəffaş həftədə bir dəfə Həzrətin (ə.f) xidmətində olurdu. Bir dəfə İmam (ə.f) ondan soruşur: "Seyyid Əbdülkərim! Əgər bizi görməsən nə olar?”.

Cavab verir: "Ağa, mütləq ölərəm”.

Həzrət (ə.f) buyurur: "Əgər belə olmasaydı, bizi görməzdin”.

5. Başqalarında İmama (ə.f) qarşı sevgi yaratmaq. Hər kim bir başqasına eşq bəsləyərsə, başqalarını da ona tərəf təbliğ edər və onu başqalarına tanıdar.

6. Fərəcin intizarı. İmam Sadiq (ə) buyurur: "Məsum İmamların (ə) sifətlərinin bəzisi ibarətdir: təqvadan, iffətdən, xeyirxahlıqdan... fərəcin intizarında səbir etməkdən”.

7. İmama (ə.f) aid təşkil edilən məclislərdə iştirak etmək.

8. İmamın (ə.f) salamatlığına görə sədəqə vermək.

9. İmamın (ə.f) niyyətilə həcci və ümrəni yerinə yetirmək.

10. İmamla (ə.f) beyəti təzələmək.

11. Haramdan çəkinmək.

12. Salehlərlə dost olmaq.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031