Nazil olacaq bəlaları necə dəf edək? Ayətullah Behcətin tövsiyələri
Mьəllif: admin1
Tarix: 7-05-2023, 12:21
Nazil olacaq bəlaları necə dəf edək? Ayətullah Behcətin tövsiyələri
"Dər məhzəre Aəyətullah Behcət” əsərində (səh-194) o airfdən, nazil ola biləcək bəlaları dəf etmək haqda bir neçə tövsiyə deyilir:

Ayətullah Behcət deyir:

"Düçar olduğumuz bu bəlaların dəf edilməsi üçün cənablar faydalı bir şeylər bilirlərsə onu desinlər ki camaat onu edərək bəlaları özlərindən uzaq saxlasınlar.

Quran da buyurur ki, "Mən, madam ki sən onların arasındasan və madam ki onlar istiğfar edirlər, onlara əzab vermərəm”.

Quran yenə buyurur ki, "Bizim əzabımız onların sorağına gələndə niyə ahu-zar etmədilər”.

Allahın kitabında yenə buyurulur ki, "Onlar iman gətirdikdə alçaldıcı əzabı bu dünyada onlardan götürdük və müəyyən zamana qədər onları bəhrələndirdik”.

Sabiq ümmətlərdə Allahın əzabı Peyğəmbərlərini dediyi tərtiblə onlara nazil oldu. Onlar hamısı yəqin etdilər ki bunlar Allahın əzabıdır və yenə nazil olacaq.

Onlar həmin əzabları Allah dərgahına ahu-zar etməklə dəf etdilər. Sünnət budur ki Allahın qeybdən mələklərlə göndərdiyi əzablar, Allahı diqqətdə saxlamaq, ona müraciət etmək və dərgahına ahu-zar etməklə dəf edilir və indi də bizə gələcək əzabları bu yolla dəf edə bilərik”


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031